Marat İzmaylov UEFA-ya danışdı: "Yuri Syomin "Qəbələ"ni seçməyimin əsas səbəbkarlarından biridir" AÇIQLAMA

03.02.2014 | 3985 dəfə oxunub

"Hər şey qəflətən baş verdi. Axşam "Qəbələ"dən təklif aldım və tərəddüd etmədən bunu qəbul etdim. Artıq növbəti gün əşyalarımı toplayaraq Bakıya uçdum". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Marat İzmaylov UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Rusiyalı futbolçu "Qəbələ"ni seçməsini belə izah edib: "Hazırda əsas məqsədim tezliklə əvvəlki formamı bərpa etməkdir. Yuri Syomin "Qəbələ"ni seçməyimin əsas səbəbkarlarından biridir. Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaqda ona və komandasına kömək etmək üçün gəlmişəm. Düzdür, fiziki baxımdan hazırlığım istənilən səviyyədə deyil. Ancaq forma yığmaq və nəticə vermək üçün maksimum səy göstərəcəm".

M.İzmaylov "Qəbələ"nin heyətində çempion olmaq istədiyini bildirib: "Azərbaycan çempionu olmaq mənim üçün nə dərəcədə vacibdir? Təbii ki, insan hər zaman qələbə qazanmaq istəyir. Hətta uşaq ikən məhəllə futbolu oynadıqda belə qalib gəlməyə can atırsan. Üstəlik futbol mənim həyatımın əsas məşğuliyyətidir. Azərbaycanda futbola böyük maraq var. "Qəbələ" ilə çempion olmaq və ölkə kubokunu götürmək mənim böyük arzumdur. Daha sonra isə "Portu"ya qayıtmaq istəyirəm".

Təcrübəli futbolçu yenidən "Portu"da və Rusiya millisində oynamaq arzusunu da gizlətməyib: "Portu" ilə 2015-ci ilə qədər müqaviləm var. Yenidən ora qayıdıb, komandama kömək etmək istəyirəm və titul qazanmağı arzulayıram. Bu əsas məqsədimdir. Rusiya millisi? Təbii ki, çətin görünsə də bu barədə düşünürəm. Hər şey məndən asılıdır. Əgər "Qəbələ" və "Portu"da mütəmadi oynasam, o zaman milliyə də dəvət ala bilərəm. Buna inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail