"Marat İzmaylov indi yaxşı durumdadı" AÇIQLAMA

04.02.2014 | 4245 dəfə oxunub

“Qarşımıza 2 vəzifə qoyulub. Birincisi, avrokuboklara vəsiqə qazanmaqdır. Bura çempion titulunu əldə etmək də daxildir. Bu, əsas vəzifədir”. Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis bildirib ki, komandadan təkcə nəticə deyil, azarkeşləri stadiona cəlb edəcək məzmunlu oyun da tələb olunur: “Digər vəzifəmiz isə oyunlarımıza daha çox azarkeş toplamaqdır. Tamaşaçılara bizim qarşılaşmaları izləmək maraqlı olmalıdır”. Syomin vəzifələrin öhdəsindən gəlmək üçün yaradılan şəraitdən də razıdır: “Komandanın uğur qazanması üçün hər cür şərait yaradılıb. Heç bir problemimiz yoxdur. Müxtəlif vaxtlarda məşq edə biləcəyimiz 6 meydança var. Yeganə bir az üzücü məqam isə bizim aradan qaldırmalı olduğumuz məsələ - azarkeşlərin oyunlara az gəlməsidir. Bəzi matçlar çox yüksək səviyyədə keçir. Hətta Türkiyədən pis olmur.

Amma yenə tamaşaçı sayı çox aşağıdır. “Qəbələ”nin infrastrukturuna istənilən klub həsəd apara bilər. Əla futbol məktəbimiz var. Klub forması geyən uşaqlar üçün hər şərait yaradılıb. Qəbələnin özü də gözəl yerdədir. Təmiz dağ havası, möhtəşəm otelləri, sakit ab-havası var”. Rusiya yığmasının sabiq futbolçusu Marat İzmaylovun “Porto”dan icarəyə götürülməsinə də toxunan mütəxəssis onun bu həftə “Qarabağ”la ev oyununda meydana çıxmalı olduğunu da qeyd edib: “Marat İzmaylov indi yaxşı durumdadır. Yarımmüdafiəçi artıq fevralın 8-də komandamızda debüt etməlidir. Ona heç bir iradım yoxdur. Marat “Porto” kimi klubda oynayıb. Düzdür, son vaxtlar az matça çıxıb. Lakin “Porto” Avropanın ən yaxşı klublarından biridir və orada pis oyunçu olmur. Əgər bizə oyunları aparmaqda kömək etsə, bu, əla olacaq”.

Syomin Azərbaycan futbolunun inkişafından da danışıb: “Azərbaycan klubları hələ inkişaf etməkdədir. Lakin onlar düzgün yoldadırlar. Bir çox klublarda - “Neftçi”, “İnter” və “Bakı”da əla infrastruktur və uşaqlara diqqət var. Düşünürəm ki, Azərbaycan çempionatı hələ inkişaf edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail