"Pantiç kimdi ?" MÜSAHİBƏ

04.02.2014 | 6212 dəfə oxunub

"Bakı"ya keçidi gündəmdə olan Ticani Belaid müsahibə verib.


Bəlkə də inanmayacaqsan. Səni Azərbaycandan narahat edirəm.

- Buyur. Məni axtarmağınızın səbəbini bilmək istərdim.

İki gündü Fransa, Tunis və Bolqarıstan mətbuatında “Bakı”ya keçəcəyinlə bağlı informasiyalar dolaşır. Doğrudan da belə bir şey var?

- ... (susur)

Sualıma cavab verə bilərsən?

- Başa düşmürəm. Tanımadığım insanın sualına niyə cavab verməliyəm?

Dedim axı, jurnalistəm. Adın “Bakı” ilə hallanır. Buna münasibət öyrənmək istəyirəm. İşim budu. Azərbaycan klubundan sənə təklif gəlib?

- İndi bu barədə danışmaq istəmirəm. Vaxtı deyil.

Bəs nə vaxt danışacaqsan?

- Hardan bilim? Klubdan soruşsaz, yaxşı olar.

Klub hələlik məsələ ilə bağlı mövqeyini açıqlamaq istəmir.

- Nə deyirlər ki?

Rəsmilər susur. Susmaq isə razılıq əlamətidi.

- Görürsüz, siz məndən daha çox informasiyaya maliksiz. Mən bunları bilmirdim.

“Bakı”dan sənə rəsmi təklif gəlib?

- Yox.

Amma haqqında çıxan xəbərlər elə demir.

- Bu xəbərlərin hardan qaynaqlandığını bilmirəm. “Bakı” mənimlə maraqlandığını deyirsə, bu, doğrudan da əla xəbərdi.

Milinko Pantiçi tanıyırsan?

- Xeyr. O kimdi ki?

Zarafat edirsən? “Bakı”nın baş məşqçisidi. Vaxtilə Madrid “Atletiko”sunun ən yaxşı futbolçularından biri olub.

- Aaa… Oldu. İndi tanıdım. Bəs siz onunla danışmısız?

Yox, o bizə müsahibə verməyi xoşlamır. Qəzetimizdən küsüb.

- Aha… Maraqlıdı.

Nə maraqlıdı?

- Baş məqşçinin sizə danışmaq istəməməsi. Niyə belə edir ki?

Səbəbini Bakıya gələndən sonra özündən soruşarsan.

- Gəlsəm əgər. Soruşaram, arxayın ol! Amma belə bir şeyin olacağını deyə bilmərəm. Çünki yazılanlar mətbuatın uydurduğu şayiələr də ola bilər.

“Lokomotiv”lə müqavilən nə vaxt başa çatır?

- Bolqarıstana yenicə gəlmişəm. Müqaviləmin bitməsinə hələ xeyli var. Ona görə də transfer söhbətləri barədə çox danışmaq istəmirəm.


"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail