"Transferimin baha başa gəlməsi və pul haqda düşünmürəm" MÜSAHİBƏ

04.02.2014 | 4796 dəfə oxunub

"Xəzər Lənkəran"ın yeni transferi Eliasın müsahibəsi
 
- Çox yaxşı bir təklif aldım. Burada oynayan bəzi dostlarımdan soruşdum. Azərbaycan liqası haqda bəzi şeylər öyrəndim. İndi çox həvəsliyəm. Əlimdən gələn hər şeyi edəcəm ki, yeni komandama xeyrim dəysin.

- Azərbaycan Premyer Liqası haqda nələri öyrənmisən? Buranın güclü və zəif komandalarını bilirsənmi?
- Düzü, dediyim kimi çox az məlumatım var. Ancaq dostlarımdan eşitmişəm ki, yaxşı komandalar var. Oyundan oyuna buna daha da əmin olacam, klubları tanıyacam.

- Son məlumatlara görə, Azərbaycan futbol tarixinin ən bahalı futbolçususan. Bu hər hansı gərginlik yaratmır ki? Nəzərə alaq ki, bu zaman üzərində diqqət və tələb də çox olacaq.
- Bu həyatda hər kəs əziyyətinə uyğun dəyər görür. Mən tanınmış klublarda oynamışam və bu heç də rahatlıqla başa gəlməyib. Digər klublarımdakı kimi burda da əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Transferimin baha başa gəlməsi və pul haqda düşünmürəm. Mən sadəcə futbolumu oynayacam.

- Baş məşqçiniz Mustafa Dənizli haqda nəsə bilirsənmi? Klubun prezidenti və ya vitse-prezidenti ilə nə barədə danışmısan?
- Düzünü desəm, baş məşqçimi çox yaxından tanımıram. Amma dostlarım xoş sözlər deyiblər. Vitse-prezident isə məni gülərüzlə qarşıladı və “xoş gəlmisiniz” dedi. Bir az yeni çempionata motivə etdi.

- Yeni gəlmisən, ancaq ola bilməz ki, bu arada imkan tapıb kimsə sənə “Neftçi” - “Xəzər Lənkəran” rəqabəti haqda danışmasın. Bilmirsənsə, deyim ki, bu oyunda qol vurmaqla qısa zamanda qəhrəman olmaq mümkündü.
- (Gülür) Həyatımda çox derbilər oynamışam və demək olar əksəriyyətində də qol vurmuşam. Bilirəm ki, bu oyunlarda qollar minlərlə, bəzən milyonlarla fanatın sevgisini qazanmağa yetir. “Neftçi” ilə oyuna gəlincə, inanıram ki, belə bir şans “Xəzər Lənkəran”da da əlimə düşəcək və “Neftçi”yə də qol vuracam, azarkeşlərimizə sevinc bəxş edəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail