"Neftçi"də oynamağı özüm istədim" MÜSAHİBƏ

04.02.2014 | 6889 dəfə oxunub


"Neftçi"nin "Zenit"dən yeni transferi Elvin Bədəlov Stadium.az-a müsahibə verib.

Elvin “Neftçi”yə keçidinə görə təbrik edirəm...

- Çox sağolun. Hə artıq “Neftçi”yə keçirəm.

- Təklif necə gəldi?

“Neftçi” mənə təklif göndərdi. Mən də imtina edə bilmədim.

- "Zenit” nə yaxşı buraxdı səni?

- Heç bir problem yaratmadılar mənə. “Zenit”lə yollarım konkret ayrılıb.

- Ora qayıtmayacaqsan heç vaxt?

- Düşünürəm ki, qayıtmayacam heç vaxt.

- "Neftçi" ilə uğur qazanacağına düşünürsən?

- Əlbəttə. İnanmasam gəlməzdim “Neftçi”yə. Bu komanda ilə uğurlar qazanacağıma inanıram.

- Azərbaycanda oynamağı özün istədin?

- Heç fikirləşmirdim bu haqda. Amma təklifi geri çevirmək istəmədim. “Neftçi”də oynamağı da özüm istədim. Çox xoşbəxtəm.

- Əsas heyətə düşmək ancaq asan olmayacaq sənin üçün...

- Təbii ki, asan heç nə yoxdu. Əsas heyətə düşmək üçün gərək, əziyyət çəkəm. “Neftçi” Azərbaycanın bir nömrəli klubudu. Bura gəlmək də böyük işdi.

- "Neftçi" haqda nə düşünürsən? Nəsə bilirdin bu komanda haqda?

- Demişdilər ki, “Neftçi” komandadı. Əsasən də sovet dönəmində güclü olduğunu bilirəm Hətta yaşadığım Sankt-Peterburqda da “Neftçi”dən hərdən danışırdılar. İndinin özündə də yaxşı komandası var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail