"İnter" Çexiyadan forvard gətirdi

05.02.2014 | 4090 dəfə oxunub

“İnter” qış fasiləsində son transferini rəsmiləşdirib. Çexiyalı hücumçu İvo Taborski ilə müqavilə imzalanıb. Rəsmi anlaşmaya imza atan forvard 6 ay “İnter”in şərəfini qoruyacaq. O, ümidləri doğrultmadığı üçün geri qaytarılan makedoniyalı İlço Naumoskinin yerinə transfer olunub. Sol və sağ cinah vingeri kimi də çıxış edən legioner bakılılara sırf hücumçu kimi faydalı olmalıdır.

Azərbaycana azad agent statusu ilə gələn çexiyalının son klubu vətənində “Teplitse” olub. Qış fasiləsində bu klubla Kiprdə təlim-məşq toplanışında olan Taborski sonda ölkəmizə üz tutub. 29 yaşlı futbolçu karyerası ərzində Çexiyada yetirməsi olduğu “Slaviya”da, həmçinin “Bohemians”, “Çeşke Budeyovitse”, “Pribram”, “Mlada Boleslav”da, Slovakiyada isə “Slovan”da çıxış edib. Qeyd edək ki, bunadək “İnter” Dieqo Madriqal və Yoan Bokonyanonu transfer edib.


apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail