“Rəvan” – “İnter”: ilk qələbə sorağında

06.02.2014 | 4632 dəfə oxunub

Topaz Premyer Liqasının 20-ci turunda “Rəvan” “Bayıl Arena”da “İnter”i qəbul edəcək. Stadium.az xəbər verir ki, Azərbaycan çempionatları tarixində buna qədər altı dəfə qarşılaşan komandaların duelində “İnter” aşkar üstünlüyə malikdir. Kaxaber Sxadadzenin yetirmələri görüşlərin hamısında rəqibini məğlub etməyi bacarıb. Ümumilikdə qapısından 4 qol buraxan “İnter” rəqibi 15 dəfə meydanın mərkəzinə dəvət edib.

30.10.2011

Rəvan (Bakı) - İnter (Bakı)

1:2

07.03.2012

İnter (Bakı) - Rəvan (Bakı)

1:0

04.10.2012

Rəvan (Bakı) - İnter (Bakı)

0:2

02.12.2012

İnter (Bakı) - Rəvan (Bakı)

2:0

25.08.2013

Rəvan (Bakı) - İnter (Bakı)

1:5

02.11.2013

İnter (Bakı) - Rəvan (Bakı)

3:2

Qeyd edək ki, son turda digər paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşan “Rəvan” rəqibinə 1-5 hesabı ilə uduzub. Qış fasiləsində komandaya təyin olunan yeni baş məşqçi Güvenc Kurtar heyətə bir neçə yeni futbolçu cəlb etsə də, bu, hələ ki, bəhrəsini verməyib. “Rəvan” bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyib (5 bərabərlik, 4 məğlubiyyət). Bundan başqa komanda ev oyunlarında cəmi 4 dəfə rəqibi məyus edə bilib.

Mövsümə uğursuz start verən “İnter” isə ötən tur AZAL-ı məğlub etdi – 2:1. Liderlər qrupu ilə arasındakı xal fərqini qorumaq üçün “İnter”in səfər oyunundan qələbə ilə qayıtması vacibdir. Buna qədər keçirdiyi 8 səfər oyununda 15 xal yığan “İnter” 5 qələbə və 3 məğlubiyyətlə Topaz Premyer Liqasının ən yaxşı üçüncü səfər komandasıdır. 14 dəfə rəqib qapıçılarını məğlub edən paytaxt klubu 9 dəfə öz qapısında qol görüb.

Bu tur hər iki komandanın heyətində cəzalı futbolçular var. Mişel Balokoq (“Rəvan”) və Baçana Sxadadze (“İnter”) paytaxt derbisində komandalarına kömək edə bilməyəcəklər.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail