Mirça Rednik: «Parks həddindən artıq çox pul istədi»

25.06.2011 | 5131 dəfə oxunub

"Uinston Parks nə mənimlə, nə də azarkeşlərlə səmimi davrandı. O, hamımıza qarşı hörmətsizlik etdi". Stadium.Az saytı xəbər verir ki, bu sözləri apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına açıqlamasına "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.

rn"Ağ-yaşıllar" iyunun 20-dən Tirol vilayətinin Fulmpes şəhərciyində Avropa Liqasının hazırlıqlarına başlayıb. Amma toplanış öncəsi kosta-rikalı hücumçu Uinston Parksrnkomandadan ayrılmaq qərarına gəlib. 
rn Məsələyə aydınlıq gətirən Rednikin fikrincə, Parks yeni müqavilə üçün çox pul istəyib: "O, bizimlə yanaşı, gizlicə "Bakı" ilə də danışıq aparırdı. Eybi yox, getsin. Bəzi mətbu orqanlar yazırlar ki, guya Parks mənimlə problemi yarandığı üçün komandadan gedib. Bunlar qətiyyən həqiqətə uyğun deyil. Çünki əsas problem pulla bağlıdır. Mən məşqçiyəm, əgər Maradona da heyəti tərk edirsə, bununla barışmalıyam. Parks həddindən artıq çox pul istədi. Komandanın prezidenti Parksın yerinə 3 hücumçu alacağına söz verib. Artıq ikisi düşərgəmizdədir, biri də tanınmış, Çempionlar Liqasında fərqlənmiş, səviyyəli futbolçudur". 
rnHələlik müqavilə bağlanılmadığı üçün yeni futbolçunun adını çəkməyən Rednik bildirib ki,rnhəmin futbolçu vaxtilə Çempionlar Liqasında "Ştutqart"a qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail