AZAL – “Sumqayıt”: 16 turluq uğursuzluq

06.02.2014 | 4055 dəfə oxunub

Topaz Premyer Liqasının 20-ci turunda AZAL doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Stadium.az xəbər verir ki, buna qədər baş tutmuş 10 qarşılaşmadan 4-də paytaxt təmsilçisi, 2-də isə “gənclik şəhəri”nin təmsilçiləri qalib gəlib. Qalan 4 oyunda qalib müəyyən olunmayıb.

30.10.2011

Sumqayıt Şəhər - AZAL (Bakı)

2:1

07.03.2012

AZAL (Bakı) - Sumqayıt

6:3

08.04.2012

AZAL (Bakı) – Sumqayıt

1:1

06.05.2012

Sumqayıt - AZAL (Bakı)

1:0

04.08.2012

Sumqayıt - AZAL (Bakı)

2:2

25.11.2012

AZAL (Bakı) - Sumqayıt

1:1

14.04.2013

Sumqayıt - AZAL (Bakı)

0:2

08.05.2013

AZAL (Bakı) - Sumqayıt

1:0

23.08.2013

AZAL (Bakı) - Sumqayıt

1:0

03.11.2013

Sumqayıt - AZAL (Bakı)

0:0

 

AZAL öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi 4 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 1 heç-heçə. Aralarındakı son 4 qarşılaşmada isə “təyyarəçilər” qapısının toxunulmazlığını da saxlaya bilib. Qeyd edək ki, AZAL bu mövsüm doğma meydanda keçirdiyi 9 oyunun 4-də qalib gəlib, 3-də isə məğlub olub. İki oyunda isə heç-heçə qeydə alınıb. 10 dəfə rəqibləri məyus edən AZAL 11 dəfə qapısında qol görüb.

Son turda “İnter”ə bir top fərqi ilə uduzan AZAL “Sumqayıt”la oyunun favoriti sayıla bilər. Lakin bu oyunda AZAL əsas futbolçusu Con Olureminin xidmətindən yararlana bilməyəcək. Sarı vərəqə cəzalısı olan amerikalı futbolçu bu mövsüm komandasının 4 qolunu vurub. Cəza müddəti başa çatan qapıçı Ruslan Məcidovun əsas heyətdə yer alması gözlənilir.

Qış fasiləsində heyətində bir çox dəyişikliklər edən “Sumqayıt”da AZAL-la oyunöncəsi bir itki var. Müdafiəçi Vurğun Hüseynov da Con Oluremi kimi sarı vərəqə cəzalısı olduğundan komandasına kömək edə bilməyəcək. Əvəzində komandanın kapitanı Samir Abasov cəza müddətini başa vurub.

Topaz Premyer Liqasının 4-cü turundan “qara zolağa” düşən sumqayıtlılar artıq 16 turdur ki, 3 xala həsrətdir. Bu mövsüm, hələ ki, ilk və son qələbəsini ev oyununda “Qəbələ”ni məğlub etməklə qazanan Aqil Məmmədovun yetirmələri 4-cü turda AZAL-a 0-1 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan cəmi 3 oyunda heç-heçə edən “Sumqayıt” digər bütün qarşılaşmalarda meydanı xalsız tərk edib.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail