"Yaxın günlərdə bütün suallara aydınlıq gələcək”

07.02.2014 | 4687 dəfə oxunub

Ötən ilin martında “Xəzər Lənkəran”a baş məşqçi təyin olunan Con Toşak cəmi 31 oyun tab gətirə bildi. XIV turun “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra istefa verən 64 yaşlı mütəxəssisdən yeni xəbər var. Yox, Azərbaycana qayıtmır. Məsələ orasındadı ki, İspaniyada yaşayan uelsli 2 gün öncə stadionda görünüb. Özü də aşağı dəstə təmsilçilərinin görüşündə. O, Sequndanın XXIII turunun “Jirona” – “Eybar” görüşünü tribunadan canlı izləyib. Təcrübəli çalışdırıcının “Montolivi” arenasında görünməsi ispan mətbuatında müəyyən söz-söhbətlərin üzə çıxmasına səbəb olub.

“Mundodeportivo.com” saytının yazdığına görə, Toşakın iki klubdan birini çalışdırma ehtimalı var: “Son klubu “Xəzər Lənkəran” olan Con Benjamin 3 aya yaxındı ki, işsizdi. Onun birdən-birə aşağı dəstə təmsilçilərinin oyununda peydə olması heç də təsadüfi deyil. İspaniyada izləniləsi kifayət qədər baxımlı oyunlar var. Uelsli mütəxəssisin Sequnda təmsilçilərinin oyunlarına maraq göstərməsi gündəmi qarışdırmaya bilməz”.

İspan həmkarlarımız iddia edir ki, Toşakın “Jirona”nın sükanı arxasına keçməsi daha inandırıcı səslənir: “Gəlin, baxaq. “Eybar” cari çempionatda heç də pis çıxış etmir. 23 oyundan 36 xal toplayan Bask təmsilçisi hazırda 3-cü pillədədi. Onları lider “Deportivo”dan 3, ikinci sıradakı “Sportinq Xixion”dan isə 1 xal ayırır. Belədə, rəhbərliyin Qaizko Qaritanodan narazı olması qeyri-mümkündü. Başqa problemlərin olmadığını nəzərə alsaq, rəhbərlik ispan mütəxəssisin işini bəyənir. Bu isə o deməkdi ki, Toşakın “Eybar”a baş məşqçi təyin olunma ehtimalı oluqca aşağıdı.

“Jirona”da isə vəziyyət fərqlidi. 25 xalla sondan ikinci pillədə qərarlaşan Kataloniya təmsilçisi Sequndanı tərk etməyə ən real namizədlərdən biridi. Bu isə klub rəhbərliyini ciddi narahat edir. Bir müddətdi məşqçi axtarışında olan prezidentin postu Toşaka həvalə etməsi tamamilə mümkündü. Amma istənilən halda, uelsli məşqçi sırf oyuna baxmaq üçün də stadiona təşrif buyura bilər. Yaxın günlərdə bütün suallara aydınlıq gələcək”


"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail