"Neftçi"nin yeni transferi danışdı: "Böyük kluba gəldiyimi yaxşı anlayıram" AÇIQLAMA

07.02.2014 | 4259 dəfə oxunub

“Böyük kluba gəldiyimi yaxşı anlayıram. “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Belə bir komandanın üzvü olmaq qürurvericidir. Stadium.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Elvin Bədəlov klubun rəsmi saytına açıqlamasında deyib.

 Paytaxt təmsilçisi ilə ilk məşqinə çıxan gənc müdafiəçi təəssüratlarını belə izah edib: “Bu gün “Neftçi”də ilk məşqə çıxdım və komanda yoldaşlarımla tanış oldum. Komandada əla ab-hava olduğunu gördüm, ilk məşqim olmasına baxmayaraq, artıq demək olar ki, hamısı ilə ünsiyyət qurmuşam. Burada milli komandadan dostlarım da var. Hər kəs də əsas heyətdə möhkəmlənməyə çalışır. Onlarla rəqabət aparmaq maraqlı olacaq. Çalışacam ki, məşqçilər heyətinin etimadını doğruldum”. Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının da üzvü olan Bədəlov qış transfer pəncərəsində Rusiyanın “Zenit” klubundan “ağ-qaralar”a keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail