"Xaqani Məmmədov özü də deyir ki...." MÜSAHİBƏ
"Rəvan"ın müdafiəçisi Hüseyn Axundov Sportinfo.az-a müsahibə verib
- Hüseyn, iki sarı vərəqədən sonra meydandan qovuldun...
- Hə elədi. Birincini hardasa oyun yeni başlayanda aldım. İkincini isə hakim ilk yarının son dəqiqələrində verdi.
- Səncə, hər iki epizodda hakim haqlı idi?
- Birinci epizodda sarı vərəqəni verməyə də bilərdi. Necə deyim yəni tam bir qayda pozuntusu yox idi. Verməyə də bilərdi. Çünki oyun da təzə başlamışdı. Hər halda qərarı o, verib. Hörmətlə yanaşıram ona. Qərarı dəyişəsi deyilik ki.
- Adətən hakimlər birinci epizodda müdafiəçiləri bağışlayır. Ancaq Rauf Cabbarov səni bağışlamadı...
- Biz belə görmüşük də. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov özü də deyir ki, birinci qayda pozuntusuna görə oyunçunu bağışlamaq olar. İkinci sarı vərəqə də haqlı idi. Ona görə Rauf Cabbarova heç nə deyə bilmərəm.
- Deyirlər ki, Rauf Cabbarov “Rəvan”ı yıxıb-sürüdü...
- Bu haqda mən nəsə deyə bilmərəm. Kənardan baxanlar daha yaxşı görür hər şeyi.
- Meydandan qovulduqdan sonra göz yaşlarını da saxlaya bilmədin. Deyəsən, ağlayırdın?
- Mən sərt oynayıb, mübarizə aparan oyunçuyam. Özümü ən yaxşı tərəfdən göstərmək istəyirdim. Qırmızı vərəqə alandan sonra hirsimdən ağladım.
- Güvənç Kurtar nə dedi?
- O, mənə heç nə demədi. Amma deməsə də, mən özüm başa düşdüm ki, səhv etmişəm. Təbii ki, yaxşı hal deyildi. Ancaq istəmədən oldu.
- "Rəvan" meydanda on nəfərlə qalandan sonra daha yaxşı oynamağa başladı. Amma yenə də məğlubiyyətdən qaça bilmədi. Necə düşünürsən məğlubiyyətə günahkarlardan biri də sənsən?
- Təbii ki, futbolda bir nəfərin böyük önəmi var. Biri var on nəfərlə mübarizə aparasan, biri də var on bir nəfərlə. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, nə qədər də olmasa yoxluğumu hiss etdirmədilər. Uşaqlar əzmkar mübarizə apardılar. Ancaq hər halda uğur qazanmaqda bir nəfərin olmaması böyük amildi.
- Açığı, inanmıram ki, bu qırmızı vərəqədən sonra Güvənç Kurtar səni ehtiyatda oturtsun. Ən azından güvəndiyi oyunçulardan birisən. Sən necə düşünürsən?
- Mən də bu cür düşünürəm. Məşqçi heç kimə fərq qoymur. Məşqdən çıxmamışdan deyir ki, mənim gözümdə fərqi yoxdu, gənc ya qoca oyunçu. Ada və titula baxmır. Deyir bugünki gündə kim verdiyim tapşırığı yerinə yetirəcəksə, o da oynayacaq. Mən hər məşqdə sona kimi meydanda mübarizə aparıram. “Saçkovatlıq” edən oyunçulardan deyiləm. Düşünürəm ki, bir oyunluq cəzalandıracaqlar. Cəza bitənən sonra çalışacam ki, mövqeyimə qayıdam.
- Penalti epizodu lə bağlı fikrin nədi?
- Vaqif Markoviçin arxasındaydı. Həmin epizodda 100-ə 100 baxanda heç nə görmürsən. Stadionda elə yerdə oturmuşdum ki, Novruzun Vaqifi yıxıb-yıxmadığını görmədim. Amma verə də bilərdi, verməyə də. Bir şey də var ki, penalti verməsəydi də heç kəs Rauf Cabbarovu qınamayacaqdı.
- Bu görüşdə Rauf Cabbarov sanki sizə qarşı çox qəddar idi...
- Rauf Cabbarov “Rəvan”ın oyunlarını çox idarə edib. Mən də çoxunda meydanda olmuşam. Digər oyunlara baxanda bəlkə dünən bizə qarşı qərəzli idi.
Sportinfo.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |