"Neftçi"yə ağır cəzalar verildi

11.02.2014 | 4078 dəfə oxunub

Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Stadium.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XX turunun qarşılaşmaları zamanı qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Toplantının əsas mövzusu isə “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilmiş “Böyük oyun”da yaşanan olaylar olub. Ümumilikdə, baş verən qalmaqala görə, “Neftçi” 32200, “Xəzər Lənkəran” 4000 manat cərimələnib. Komitə matçda baş verənləri müzakirə etdikdən sonra müvafiq qərarlar çıxarıb. İkinci sarı vərəqə üzündən meydandan qovulan Tərlan Quliyev 1 oyunluq kənarlaşdırılıb və klubu 200 manat cərimələnib.

 

Qırmızı vərəqə alan digər futbolçuların cəzası daha ağır olub. “Neftçi” futbolçularına qarşı təhqiramiz jest edən Ağabala Ramazanov 3 oyunluq cəzalanıb. Cənub təmsilçisi bu səbəbdən 2000 manat ödəməlidir. Matçın gedişində azarkeşlərə qarşı qeyri-etik jest edən Mahir Şükürovun da cəzası eyni olub.

 

“Xəzər Lənkəran”ın gənc hücumçusunun jestini ona bağışlamayaraq, futbolçunu döyən Karlos Kardozo ilə Bruno Bertuççi “Neftçi”ni daha çox ziyana salıb. Onların hər ikisi 4 matçlıq cəzalandırılıb. Paytaxt təmsilçisi bu iki futbolçunun hərəsinə görə 4000 manat ziyana düşüb.

 

Qarşılaşma zamanı stadiona kənar əşya atıldığı üçün “Xəzər Lənkəran” 2000 manat ödəməli olacaq.

 

İK XVIII turun AZAL-la matçından sonra 5 oyunluq cəzalanan, lakin buna məhəl qoymadan “Neftçi”nin Lənkərandakı qarşılaşmasında stadiona daxil olan klub rəsmiləri – vitse-prezident Tahir Süleymanovla mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin məsələsinə baxılmayıb.

 

Əvəzində Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyi üçün 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir. Onun 5 oyunluq əvvəlki cəzasının 3 matçı hələ qaldığından ümumilikdə 13 görüşə çatıb.

 

Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb ki, bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail