"Özlərini çox fəal göstərdilər"

12.02.2014 | 3660 dəfə oxunub

AFFA tərəfindən klublarda çalışan qapıçı məşqçiləri üçün təkmilləşdirmə kursunun “Bakı” Futbol Klubuna aid hissəsinə yekun vurulub. Stadium.az xəbər verir ki, üç gün müddətində (9-11 fevral aralığında) AFFA-nın qapıçılar üzrə məşqçi-təlimatçısı Viktor Migel Fernandes “Bakı”nın müxtəlif yaş qruplarından dəvət olunan 17 qapıçı və 5 qapıçılar üzrə məşqçisinə məşqlər keçib.

Təlimlərin sonuncu günü məşqdən öncə “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov, əlaqələndirici Murat Yoldaş və məşqçi Məqsəd Yaqubəliyev AFFA-dan olan nümayəndələrlə görüşüb. Onlara asossiasiya ilə klubun qarşılıqlı əməkdaşlığından, bu işbirliyinin futbolumuzun inkişafı üçün faydasından danışılıb. Məlumat verilib ki, müxtəlif yaş qrupları üzrə millilərə ən çox oyunçu verən klublardan biri də məhz “Bakı”dı. Sonra qonaqlara klubun atributlarından ibarət hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Ardından Fernandes “Bakı”nın U-17 komandasının məşqinə yollanıb. Sözügedən hazırlıq klubdan olan məşqçilərin də iştirakı ilə bir saat davam edib.

Sonda kursun yekunları ilə bağlı Fernandes fikirlərini açıqlayıb: “Bakı“ya gəldiyimiz andan bizi çox isti qarşıladılar. Hər cür şərait yaradıldı ki, məşqlərimiz uğurla keçsin. Buna görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Üç gün müddətində klubunuzdakı qapıçılarla tanış olub, onlara təlimlər keçdik. Onlar özlərini bu təlimlərdə çox fəal göstərdilər. Qapıçılar ölkə futbolunun səviyyəsinə görə yaxşı təsir bağışladı”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail