"Xəzər Lənkəran"a köməyi dəyəcək"

14.02.2014 | 6714 dəfə oxunub

“Xəzər Lənkəran”ın bu qış fasiləsində heyətinə qatdığı oyunçulardan biri Deyan Blayevski oldu. Cari mövsüm Makedoniya yüksək liqasında bombardirlik keyfiyyətlərini göstərən yarımmüdafiəçi “Turnovo”dan transfer edildi. Bunun üçün “Xəzər” balkanlılara 400 min avro ödəyib. Yerli mətbuat təzminatın bu civarda olmasını iddia eləyir. “Turnovo”nun yeganə “qol silahı” artıq debüt matçına çıxıb.

“Qarabağ”la görüşün son 15 dəqiqəsində forma geyinən Deyan fəallığı ilə yadda qaldı. Ancaq bildirmək yerinə düşər ki, onun XL-la anlaşması vətənində normal qarşılanmayıb. Sabiq «Qarabağ»lı Nderim Necipi bildirdi. Almaniyada “Herta”, “Volfsburq”, Belçikada isə “Liers” kimi klublarda oynadıqdan sonra 2011-ci ildə Ağdam klubuna gələn makedon futbolçu Rumıniyada qısamüddətli “Vasluy” məcarasından sonra “Şkendiya”ya dönüb.

O, həmvətəninin “Xəzər”lə anlaşmasını başa düşmür: “Deyan əla oyunçudu. Qol vurmaq qabiliyyəti güclüdü. Cəld və sürətlidi. Səhv etmirəmsə, 15-dən çox qol vurmuşdu bu mövsüm “Turnovo”da. Bombardirlər siyahısında birinci yerdədi. İndi Krste Velkoskinin onu ötmək şansı var (gülür). Kimdi o? “Rabotniçki”də çıxış edir, dostumdu. Blayevskinin Azərbaycana getməsi mənə çatmadı. Düzdü, bəlkə də yaxşı pul təklif ediblər. Çempion olub, yayda da gedə bilərdi. Makedoniyada bu xəbəri hamı eşidib.

Çoxları mənim kimi başa düşmədi Blayevskinin “Turnovo”nu tərk etməsini. Hamı onun uğurunu istəyir və buna inanır. Makedoniya mətbuatında oxudum ki, Lənkəranı ona Nikola Qliqorov məsləhət görüb. Yaxşı edib. Nikolanın yerində mən də olsaydım, o cür məsləhət verərdim. “Xəzər”ə köməyi dəyəcək. Sadəcə, hazırki dövrdə “Turnovo”dan getməsini anlamadım”.


"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail