"Neftçi"nin forvardı: "Heç kim istəməzdi ki, belə olsun"

17.02.2014 | 4625 dəfə oxunub

“Bakı” ilə oyun bərabər səviyyədə keçdi. Baxmayaraq ki, bu qarşılaşmada əsas heyətimizin 4-5 futbolçusu çıxış etmirdi. Nəticəyə gəlincə, sadəcə bəxtimiz gətirmədi”. Stadium.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin hollandiyalı futbolçusu Melvin Platye deyib.

Paytaxt klubuna transfer olunduğu 7 ayda Premyer Liqada oyundan qol vurmayan, yalnız penaltidən fərqlənən hücumçu XXI turun “Bakı” ilə görüşü haqda fikirlərini açıqlayıb. Klubun rəsmi saytına danışan Platye bəxtsizlikdən gileylənib: “Elə təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdə yararlana bilmədim.

Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Əlbəttə, heç kim istəməzdi ki, belə olsun. Həmin vəziyyətləri boşa verməsəydim nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdır və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam. Bizi yalnız qızıl medallar qane edir. Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik. “İnter”lə oyunda da sadiq “Neftçi” azarkeşlərini stadiona dəvət edirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail