Nikolay Adam Süleymanovu niyə çağırmadı?

18.02.2014 | 4436 dəfə oxunub

19 yaşlılardan ibarət yığma komandanın toplanışa gedəcək heyəti açıqlandı. Stadium.az xəbər verir ki, dəvət edilənlər arasında bir neçə oyunçu vardı ki, təəccüb doğurdu. Rusiyanın heç adı bilinməyən klublarından dəvət edilənlərdən fərqli olaraq, "Lans"da oynayan iki oyunçumuz diqqətdən kənarda qaldı. Düzdü, Mahir Mədətov Nikolay Adamın  diqqətini cəlb etdi. Amma hər halda Ülvi Süleymanov və Valeh Seyidovu da yaddan çıxartmaq olmazdı. Almaniyalının Ülvi və Valehə dəvət göndərməməsi birmənalı qarşılanmamlıdı. Hər halda Fransa klubunda çıxış etmək “Amkar”, “Anji” və “Kolomyaqi” dən üstündü. Adam Rusiyadan dağıstanlılara özünüsübut imkanı versə də, azərbaycanlı uşaqlara şans vermək istəmədi. Halbuki Ülvi Süleymanov U-17-də oynayarkən Adamın ən çox güvəndiyi oyunçulardan olub. İndi isə Nikolay bu oyunçunu diqqətdən kənarda qoyub. Amma hər halda gözləmək olardı ki, alman məşqçi Ülvini “Lans”da oynamasını da üstün tutub ona dəvət göndərəcək. Hər halda Nikolayın addımını başa düşmək çətini. U-17-də əl üstündə saxladığı Ülviyə U-19-da özünü sübut imkanı vermək daha düzgün olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail