Samir Musayev Topaz Premyer Liqasının XXII turuna şərh verdi

18.02.2014 | 4415 dəfə oxunub

Azərbaycan futbolunun tanınmış simalarından, hazırda isə "Qarabağ"ın U-17 heyətinin baş məşqçisi Samir Musayev sabah oynanılacaq çempionatdaki oyunlar haqda danışıb.

"Simurq"- "Sumqayıt"

"Simurq"un bundan sonraki işi "İnter"ə kömək etmək olacaq"

"Sumqayıt"ın çempionatda iddiası qalmadığına görə çempionatda yalnız gənc futbolçuların oyun praktikasının artması üçün oynayır. Bundan savayı heç bir komanda son pillədə olmaq istəməz. Yəqin ki, sonuncu pilləni tərk etmək üçün oynayacaqlar. "Simurq" ardıcıl üç məğlubiyyətdən sonra evdə qələbə qazanmağa məcburdu. Heç olmazsa autsayder komandanı məğlub etməlidi. "Simurq"un bundan sonraki işi "İnter"ə kömək etmək olacaq".


"Neftçi" - "İnter"

"Neftçi"də ehtiyatdakı oyunçuların ustalıq səviyyəsi o dərəcədə yüksək deyil"

"Hər iki komanda çempionluq uğrunda mübarizə aparır. Ona görə də çətin və maraqlı oyun olacaq. "Neftçi" ardıcıl iki oyunda beş xal itirib və bir neçə oyunçusu da cəzalıdı. Mən fikirləşirəm ki, "İnter" bundan maksimum istifadə edəcək. Necə ki, "Bakı" istifadə etdi. "Neftçi"də ehtiyatda olan oyunçuların ustalıq səviyyəsi o dərəcədə də yüksək deyil. Cəzalı oyunçuları laziminca əvəzləyə bilmirlər. Mən fikirləşirəm ki, "İnter" "Neftçi"yə məğlub olmayacaq. Dediyim kimi onlar bu şansdan maksimum istifadə edəcək. "İnter"də bu oyunu öz üzərinə götürüb matçı həll edə biləcək oyunçuları var. Amma hər halda onları ağır oyun gözləyir".

 "Xəzər Lənkəran" - "Bakı"

"Bakı"nın xal itirməyə haqqı yoxdu"

"Mərkəzi oyunlardan biridi. "Xəzər Lənkəran"ın çempionluq şansları demək olarki azdı. Amma Avropa Liqasına düşmək üçün maksimum şansı var və bundan istifadə etməlidi. Son matçlarda da əsas rəqiblərindən xal alıb. İndi doğma divarlar arasında oynayacaqlar. Yavaş-yavaş əvvəlki "Xəzər Lənkəran"ı görməyə başlayırıq. İnamı da geri qaytarır. "Bakı" da özünəinam matçlarından biridi. "Neftçi" üzərindəki qələbədən sonra isə "Bakı" demək olar çempionluq yarışına qoşuldu. Bundan sonra "Bakı"nın xal itirməyə haqqı yoxdu. Çünki itirilən hər bir xal "Bakı"nı çempionluq yarısından uzaqlaşdıracaq. Hər iki komandanı ağır oyun gözləyir. Hansı tərəfin qələbə istəyi çox olsa, o da qalib gələcək".

AZAL - "Qəbələ"

"Qəbələ"də kollektiv oyunu güclü deyil"

"AZAL-ın çempionatda heç bir iddiası qalmayıb. Komanda yalnız özünü sübut etmək üçün oynayır. Bu cür görünür. AZAL rəqib komandaların oyununa görə öz oyununu quran komandadı. Öz oyun üslubu yoxdu. Demək olar ki, atletik futbola, güc futboluna üstünlük verirlər. "Qəbələ" çempion olmaq üçün oynayır. Amma iki oyunduki onlar məğlub olur. Bu isə çempionluğa oynayan komandaya yaraşmır. Nəyisə dəyişməyin vaxtıdı. Yetəri qədər səviyyəli oyunçuları var. Fərdi götürsək oyunçuların hamısı güclüdü. Amma "Qəbələ"də kollektiv oyun güclü deyil. Buna baxmayaraq yenə də fərdi oyuna üstünlük verirlər. "Xəzər Lənkəran"da da bu cür idi. Amma Mustafa Dənizlinin gəlişindən sonra komanda yavaş-yavaş kollektiv oyuna üstünlük verdi. "Qəbələ"də bu cür etməlidi. Yalnız bu təqdirdə çempion ola bilər"

"Rəvan" - "Qarabağ"

"Qurban müəllimin lazım olan işləri görəcəyinə əminəm"

"Rəvan çempionatın sonunu gözləyir. Son sıraya yuvarlanmamaq üçün oynayır. Çempionatı yola verirlər. "Qarabağ" çempionluğa ən real namizəd komandadı. Rəqiblərindən uzaqlaşması üçün "Qarabağ" qarşıdaki üç oyunun hamısında qalib gəlməlidi. İnşallah bunun öhdəsindən gələcək. "Qarabağ" əvvəlki turlarda həm AZAL, həm də "Rəvan"la matçlarda xal itirmişdi. İndi bunun əvəzini çıxmalıdı. Bunun üçün Qurban müəllimin lazım olan işləri görəcəyinə əminəm. Komandada qələbə qazanmaq istəyi əvvəlkindən daha çoxdu. Çünki biz çempion olmaq istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail