Millimizin üzvü iddialı danışdı: "Növbəti matçlarda da start heyətində meydana çıxacam"

19.02.2014 | 3654 dəfə oxunub

“Qarşıdakı turda heç-heçə edə bilmərik. “Bohum”la qarşılaşmada qalib gəlməyə borcluyuq. Yoxsa liderlər qrupundan daha da uzaq düşəcəyik”. Stadium.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Tuğrul Erat deyib. Almaniyanın “Fortuna” (Düsseldorf) klubunda çıxış edən gənc hücumçu II Bundesliqanın növbəti turu ilə bağlı fikirlərini açıqlayıb: “Ötən turda da qol sevincimi istədiyim kimi yaşaya bilmədim. Buna səbəb “Union”la görüşdə hesabı açdıqdan sonra passivləşməyimiz səbəb oldu. Nəticədə rəqib məğlubiyyətdən qaçdı. Düşünürəm ki, növbəti matçlarda da start heyətində meydana çıxacam. Belə imkan qazansam, etimadı doğrultmağa çalışacam”. Qeyd edək ki, 21 turdan sonra 27 xalla 11-ci olan “Fortuna” Bundesliqaya vəsiqə şansı verən 3-cü yerdən 8 xal geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail