"Rəvan" ona düşərli olmadı

21.02.2014 | 3825 dəfə oxunub

Syerra-Leone millisinin və “Rəvan”ın sabiq müdafiəçisi Şeriff Suma 1 illik futbolsuz günlərinə son qoya bilər. Stadium.az saytının məlumatına görə, afrikalı futbolçu vaxtilə çıxış etdiyi İsveçə qayıdıb.

O, İsveçin 3-cü dəstəsində yarışan “Atletik” ilə müqavilə bağlamağa yaxındır. 27 yaşlı futbolçu ölkəmizdən ayrıldıqdan sonra qaldığı ABŞ-dan İsveçin paytaxtı Stokholma gəlib. Suma artıq bu klubla məşqlərə başlayıb və yoxlama oyununda bir hissə meydanda olub. Ancaq uzun müddət zədədən əziyyət çəkən Şeriffin müqavilə bağlamasını ləngidən isə tibbi müayinə zamanı onun topuğunda çatın aşkar olunmasıdır.

Futbolçu özü isə bu haqda bunları deyib: “Tibbi müayinə göstərir ki, topuğumda çat var və bu mənim üçün gözlənilməz oldu. Çünki mən ağrı hiss etmirdim. Elə bilirdim ki, sağlamam. Hazırda mən daha nə qədər kənarda qalacağamı bilmirəm. Bu həftələr və ya aylar da çəkə bilər. Ancaq əminəm ki, tezliklə müqavilə bağlayacağam və hər şey yaxşı olacaq”. Qeyd edək ki, “Rəvan”a 2011-ci ildə İsveçin “Yönçöpinqs Södra” klubundan gələn Suma 2012-ci ilin dekabrında ölkəmizi tərk etmişdi. O bir müddət ABŞ-ın “Di Si Yunayted” klubunda baxışda olsa da, ona müqavilə bağlamaq müyəssər olmamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail