Hafiz Məmmədov ingilis klubunu da almağa hazırlaşır

21.02.2014 | 5443 dəfə oxunub

AP agentliyi "Bakı" futbol klubunun sahibi Hafiz Məmmədovun İngiltərənin "Lids" klubunun səhmlərinin alınması ilə bağlı danışıqlar apardığını bildirib. Stadium.az xəbər verir ki, məlumatda  "Bakı"nın Madrid "Atletiko" və Lansın eyni adlı klubu ilə imzalanan müqavilələrindən danışılır.

"Hafiz Məmmədov Bakı klubunun prezidentidir. Bu iş adamı eyni zamanda Madridin “Atletiko” klubunun sponsorlarından birinə çevrilib. Komandaya lazımi dəstəyi göstərən cənab Məmmədov ölkəsi Azərbaycanı təbliğ edir. “Atletiko” futbolçuları üzərində "Azerbaijan Land of Fire" yazılan formalar geyinir. Cari mövsümdən Çempionlar Liqasında da bu formalar geyiləcək. İki ay əvvəl Hafiz Məmmədov “Atletiko” ilə olan müqaviləni uzatdı. Yeni razılaşma 2015-ci ilin mayına qədər nəzərdə tutulub. Ardınca Fransanın "Lans" klubu ilə əməkdaşlıq imzalandı. “Lans”la əməkdaşlıq daha geniş işlərlə əlaqədardır. Belə ki, Hafiz Məmmədov hər il "Bakı" klubunun aşağı yaş qruplarında oynayan yeniyetmələri bu kluba göndərir. Orada hazırlıq keçən azərbaycanlı uşaqlar eyni zamanda karyeralarını orada davam etdirə bilər. İndiki halda bu layihəyə həm də Azərbaycan futbolunun gələcəyi kimi baxılır. Ölkə futbolu irəli getmək üçün vəsait xərcləyir, amma ciddi nəticə yoxdur. Azərbaycan nadir ölkələrdəndir ki, futbolçular yalnız öz ölkələrində çıxış edir. Buna görə milli komandada böyük uğur qazana bilmir. 

Son günlər Hafiz Məmmədovun daha bir klubla əməkdaşlıq müqaviləsi imzalayacağı deyilir. Bu İngiltərənin aşağı liqa təmsilçisi Lids klubudur. Hazırda maliyyə çətinliyi ilə üzləşən Lids yeni sponsorlar axtarışındadır. Hətta komandanın səhmlərinin satışa çıxarıldığı deyilir. Hafiz Məmmədov Lidslə danışıqları uğurla başa vursa ingilis klubunun futbolçuları da meydana "Azərbaycan" yazısı olan formalarda çıxacaq.

Maraqlıdır ki, "Bakı" klubunda bir neçə xarici ölkələrin futbolçuları çıxış edir. Baş məşqçi isə ispandır. Komandanın qarşısına ciddi hədəflər qoyulub. Klub həm çempionluq, həm də kubok uğrunda yarışır. Komandanın aşağı yaş qruplarında çoxlu sayda istedadlı yeniyetmələr var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail