"Əksər klubların borcu var"

21.02.2014 | 5089 dəfə oxunub

“Premyer Liqa klublarının 90 faizinin cərimə borcları var”. Stadium.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. AFFA İntizam Komitəsinin daxili yarışlar zamanı qeydə alınan qanun pozuntularına dair kəsdiyi cərimələrin ödənilməsi ilə bağlı problemlər var. Bir çox klublar cərimələri ödəməkdə çətinlik çəkir və əksər hallarda gecikmələr olur. Musayev bildirib ki, bu məsələdə klublara güzəştə gedirlər: “Əksər klubların borcu var. Düzdür, məbləğ elə də böyük deyil. Məsələn, 100 min manat həddinə çatan klub yoxdur. Borclar əsasən sonuncu turlarda kəsilən cərimələri əhatə edir. Onu da ödəyəcəklər”.

İntizam Komitəsi, Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra qonaq klubun vitse-prezidenti Tahir Süleymanovun KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FİFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyini əsas gətirərək, onu 10 oyunluq cəzalandırıb, kluba isə 20000 manat cərimə kəsib.

 

Süleymanov bir neçə gün öncə açıqlamasında bankdan kredit götürərək, cəriməni ödəyəcəyini söyləmişdi. Lakin PFL prezidenti ilə söhbət zamanı məlum oldu ki, “borc dəftəri”ndə Tahir bəyin də adı var: “Xeyr, Tahir Süleymanovun cəriməsi hələ də ödənilməyib”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail