"Azərbaycanda fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdur?!"

21.02.2014 | 4317 dəfə oxunub

“Son 2 turda adi oyun epizodlarına görə mənə sarı vərəqə göstərilib. “Xəzər Lənkəran”la görüşdə hakim rəqib futbolçuların demək olar bütün kobudluqlarına göz yumurdu”. Stadium.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Ernest Nfor deyib.

Kamerunlu hücumçu “Neftçi”nin Topaz Premyer Liqasında keçirdiyi ardıcıl 2 oyunda sarı vərəqə alıb. O, bundan narazılığını klubun rəsmi saytına verdiyi açıqlamasında bildirib: “Bakı” ilə qarşılaşmada rəqib futbolçu məni tapdalasa da, sarı vərəqə mənə göstərildi. “İnter”lə oyunda da eyni vəziyyətlə üzləşdim. Rəqib komandanın futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün 2-ci sarı vərəqəni almalı idi. Mən bunu Avropa təcrübəmə əsaslanıb deyirəm. Bəlkə burada fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdur?! Üstəlik, mənə nə üçün sarı vərəqə göstərildiyini də başa düşmədim”.

Afrikalı futbolçu XXIV turun “Qarabağ”la matçında Bruno Bertuççi və Karlos Kardosodan başqa, “Neftçi”nin digər 5 oyunçusunun cəzalı durumda ola biləcəyini söyləyib: “Sumqayıt”la oyuna məndən başqa, 5 futbolçumuz sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə çıxacaq. Belə gərginlik altında necə oynamaq olar?! Ondan sonrakı tur “Qarabağ”la vacib matçımız var. Həmin qarşılaşmada Bertuççi və Kardoso meydanda olmayacaq. Bizdən də kimsə “Sumqayıt”la oyunda sarı vərəqə alsa, həmin matçı buraxmalı olacaq. Belə vəziyyətdə çempionluq uğrunda hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail