"Qəbələ" "Rəvan" üçün başladı

21.02.2014 | 4404 dəfə oxunub

Son iki ev oyununda xal qazana bilməyən “Qəbələ” Topaz Premyer Liqasının XXIII turunda yenidən doğma azarkeşləri önünə çıxacaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yuri Syominin futbolçuları 2014-cü ildə 3-cü ev oyununu “Rəvan”a qarşı keçirəcək. 

Paytaxt təmsilçisi ilə qarşılaşma “qırmızı-qaralar”ın bu rəqiblə 7-ci matçı olacaq. İlk dəfə 3 il əvvəl üz-üzə gələn komandalar indiyədək yalnız Premyer Liqa çərçivəsində qarşılaşıblar.

Bu 6 oyunda “Qəbələ”nin üstünlüyü var. Heç vaxt rəqibi ilə bərabərə qalmayan komanda 4 qələbə qazanıb və 2 dəfə məğlub olub. Qələbə sayında olduğu kimi top fərqində də “qırmızı-qaralar” ikiqat üstünlüyə malikdir – 14:7. Bunda komandanın bütün matçlarda qol sevinci yaşamasının da rolu böyükdür.

Öz meydanında keçirdiyi hər 3 oyunda məğlub olan bakılılar Qəbələ təmsilçisinin ev oyunlarında qalib gəlməyi bacarıb. Lakin “qırmızı-qaralar” son ev oyununda da üstün olmağı bacarıb. Bununla da “Rəvan”la görüşlərdə “Qəbələ” ardıcıl qələbələrin 3-ə çatmasına töhvə verib. Bu dəfəki qələbə isə seriyanı 4-ə çatdıracaq. Syominin komandası ev oyunlarında 6 qol vurub və eyni sayda da buraxıb.

“Qəbələ”nin “Rəvan”la oyunlarında qeydə alınan 21 qola 18 futbolçu imza atıb. Yalnız 2 futbolçu, hazırda “Qəbələ”nin şərəfini qoruyan Yannik Kamananla Viktor Mendi bu duellərdə 1 dəfədən çox fərqlənib. Yannik isə duellərin mütləq rekordçusudur – 3 qol.

2011/12. Premyer Liqa
30.09.2011. Qəbələ - Rəvan (Bakı) - 2:3
Murad Hüseynov, 7; Luiz Hilario, 78 - Murad Hüseynov, 22-ö.q; Con Pelu, 35; Samuel Barlay, 52

2011/12. Premyer Liqa
03.03.2012. Rəvan (Bakı) - Qəbələ - 0:4
Viktor Mendi, 3; Yannik Kamanan, 9; 25; Deon Barton, 83

2012/13. Premyer Liqa
24.09.2012. Qəbələ - Rəvan (Bakı) - 1:3
Aleksandr Çertoqanov, 37 - Juan Manuel Varea, 23; Kristian Torres, 64; Nuran Qurbanov, 90+1
 
2012/13. Premyer Liqa
25.11.2012. Rəvan (Bakı) - Qəbələ - 1:3
Tofiq Mikayılov, 23 - Viktor Mendi, 12; Rəşad Abdullayev, 27; Lourival Assis, 70-p.

2013/14. Premyer Liqa
20.09.2013. “Qəbələ” – “Rəvan” - 3:0
Daniel Subotiç, 8; Vladimir Levin, 9; Leonardo da Silva, 53 (p)

2013/14. Premyer Liqa
29.11.2013. “Rəvan” – “Qəbələ” - 0:1
Yannik Kamanan, 2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail