"İnanıram ki, milli komandadan yenə dəvət alacam" MÜSAHİBƏ

22.02.2014 | 5043 dəfə oxunub

"Neftçi"İSM-in və milli komandamızın üzvü Fərid Atakişiyev Stadium.az-a müsahibə verib. 

- "Fənərbaxça" ilə görüşdən qalib ayrıldınız. Öncədən də matçın çətin keçəcəyini gözləmək olardı. Çünki iki eyni gücdə olan komandalar qarşılaşırdı. Hər halda qələbə qazandınız. Matç haqda ümumi hansı fikirdəsən?

- Oyun çox maraqlı və gərgin keçdi. Öncədən də bilirdik ki, bizi çox ağır oyun gözləyir. Çünki “Fənərbaxça” ölkə çempionatında sayılıb-seçilən komandalardan biridi. Onların heyətində güclü futzalçılar yer alıb. Hansı ki oyunun taleyini həll edə bilər. Buna görə biz tədbirli idik. Matça yaxşı başladıq, sona kimi də qələbə istəyimizi buraxmadıq. Qalib gəldiyimizə görə də çox şadam.

- "Fənərbaxça" iddialı komandalardan hesab edilir. Onları hansı komponentlıərdə üstələyib matçdan qalib ayrıldınız?

- Məncə, biz daha istəkli və fiziki cəhətdən daha güclü idik. Elə qələbənin də əsas açarı bunda idi. Oyunboyu daim hərəkətdə olduq. Meydançada rəqibə qarşı daima pressinq tətbiq edib, oyunu onların meydançasında aparmağa çalışırdıq. Istəyimizə nail olduq, qələbimizi də qazandıq. Əsas odu ki, oyundan öncəsi planımız özünü doğrutldu.

- Bu qələbə sayəsində ilk pillədəki “Araz”a bir az da yaxınlaşdınız. Necə düşünürsən, onlarla sona kimi çempionluq uğrunda mübarizə aparmaq olacaq?

Bu gün biz vəziyyətə real baxmalıyıq. Hazırda “Araz” nəinki Azərbaycanda, hətta Avropadada sayılıb-seçilən komandalardandı. Onlar “dördlər finalı”na vəsiqə qazanıb. Bu da komandanın əsl gücündən xəbər verir. Amma hər halda əlimizi yanımıza sallamaq fikrimiz yoxdu. Sona kimi çempionluq uğrunda mübarizəsimizi aparacağıq. Ancaq bizim əsas rəqiblərimiz “Fənərbaxça” və “Ekol”du.

- Amma dediyindən elə çıxır ki, çempionluq uğrunda deyil, ikinci yer üçün oynayırsınız...

- Yox, yox çempionluq uğrunda mübarizə aparırıq. Sadəcə çempionatın əvvəllərindıə böyük səhvlərə yol verdik. Itirdiyimiz xallardan sonra da indi “Araz”dan uzaqda görünürük. “Araz”ın isə bundan sonra xal itirəcəyinə inanmağım gəlmir.

- Fərid, bir ara milli komandaya dəvət edilirdin. Ancaq çoxdandır ki,səni millidə görmürük. Gələcəkdə yenidən səni millidə görmək mümkündü?

- Milli komandamızın baş məşqçisi var. O, kimi məsləhət bilirsə, onu dəvət edir. İnanıram ki, milli komandadan yenə dəvət alacam. Çünki hər oyunçunun istəyi milli komandasında oynamaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail