“İnter” son saniyəyə kimi döyüşən komandadı"

22.02.2014 | 3566 dəfə oxunub

Sabah “Bakı” Azərbaycan Topaz premyer-liqasının 23-cü turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq. Stadium.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb:  “Əvvəlki oyunların ardı olaraq “İnter”lə görüş də ağır olacaq. Xüsusilə, onlarla oyunda rəqabət daha qabarıq hiss olunur. “İnter” son saniyəyə kimi döyüşən komandadı. Digərlərindən fərqli, rəqibin taktiki sxemi özəlliyi ilə seçilir. Amma bütün bunlar bizim məqsədimizi dəyişmir. Açığı, lap “Barselona” da öncədən qələbə qazanmağa söz vermir. Lakin biz “böyük oyun”un iştirakçılarının ardından “İnter”i də yenmək əzmindəyik. Sadəcə, son dəqiqəyə qədər döyüşəcəyimizə söz verirəm. Kapitan Rauf Əliyevin meydana çıxmayacağı bizi çox narahat edir. Marius Pena da sabah bizimlə olacaq. Ancaq meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail