“Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq"

22.02.2014 | 3965 dəfə oxunub

“Son oyunlarda istədiyimiz nəticələri qazana bilməmişik. Bununla belə, məqsədimiz dəyişməyib”. Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo deyib.

“Neftçi” Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olacaq. Oyun ərəfəsində klubun rəsmi saytına açıqlama verən braziliyalı legioner bunları söyləyib: “Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq. “Sumqayıt” klubunun turnir cədvəlində hansı mövqedə qərarlaşması vacib deyil. Əgər qələbə qazanmaq istəyiriksə, axıra kimi mübarizə aparmalıyıq. Düzdü, əsas heyətdən Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardoso cəzalı olmaları səbəbindən bu matçda meydana çıxa bilməyəcəklər. Bununla belə, onların yoxluğunu hiss etdirməməyə çalışacağıq. Səfər oyunu olmasına baxmayaraq, inanıram ki, qələbə qazanacağıq”.

Sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail