Turun rəmzi komandası

23.02.2014 | 4122 dəfə oxunub

Topaz Premyer Liqasında 22-ci turun rəmzi komandası məlumdur. Stadium.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı: Lukaş Sapela (Rəvan)

Müdafiəçilər: Yohan Bokonyano (İnter), İdan Vaytsman (Simurq), Laşa Salukvadze (İnter), Emin Mehdiyev (Neftçi)

Yarımmüdafiəçilər: Vaqif Cavadov (İnter), Rə.ad Sadiqov (Neftçi), Aleksandar Soliç (Bakı), Araz Abdullayev (Neftçi)

Hücumçular: Draqan Çeran (Simurq), Rauf Əliyev (Bakı)
“Qarabağ” bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadır - oyun ərzində 47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında “Xəzər Lənkəran”, qapıya zərbələrdə isə “Simurq” üstün olub. “İnter” futbolçuları isə hamıdan çox - 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”dir.

Topaz Premyer Liqasında 22-ci turun ən yaxşı oyunçusu isə “Simurq”dan Draqan Çerandır. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail