Arif Daşdəmirov üçün əlamətdar tur

24.02.2014 | 4968 dəfə oxunub

Topaz Premyer Liqasının 23-cü turu “İnter”in müdafiəçisi Arif Daşdəmirov üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, “İnter” - “Bakı” qarşılaşması Arif üçün “İnter”in heyətində çempionat oyunlarında keçirdiyi 100-cü oldu. Qeyd edək ki, futbolçu 2010-cu ilin yayından etibarən “İnter” komandasındadır, onun çempionatda komandanın formasında debüt oyunu Tovuz şəhər stadionunda baş tutmuşdu. O zaman Kaxaber Sxadadzenin komandası “Turan”ı 3:0 hesabı ilə məğlub etmiş, Arif də 90 dəqiqə meydanda olmuşdu. Həmin mövsümdə Arif 30 matçda meydançaya çıxmış, növbəti mövsümdəsə 27 oyun keçirmiş, 2012-2013-cü il mövsümündə 25 qarşılaşmada mübarizə aparmış, cari çempionatdasa 18 matçda “İnter”in uğuru üçün mübarizə aparmışdı.
Çempionatda keçirdiyi 100 qarşılaşmada müdafiəçi meydançada ümumilikdə 7794 dəqiqə keçirib, 84 dəfə start heyətdə yer alıb, 16 dəfə oyunun gedişində meydana çıxıb. Arif bu oyunlarda 20 sarı kart almış və bir dəfə meydançadan uzaqlaşdırılıb. Bu hadisə 2011-2013-ci il mövsümündə “Sumqayıt”a qarşı keçirilmiş ev oyununda (2:0) baş verib.

Bu matçlarda futbolçu vurduğu iki qolla fərqlənib. Arif ilk qolunu 2011-ci ildə “Sumqayıt-Şəhər”(0:2) komandası ilə keçirilən səfər qarşılaşmasında vurub. İkinci qolu da növbəti mövsümdə “Qəbələ” (2:1) komandasına qarşı keçirilmiş ilk ev qarşılaşmasında qeydə alınıb. Əlavə edək ki, Arif Daşdəmirov Azərbaycan milli komandasına da dəvət edilib və yığmanın heyətində bir oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail