Millimiz İtaliya və Xorvatiyanı hansı stadionda qəbul edəcək

24.02.2014 | 4909 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandası 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri Xorvatiya və İtaliyanı Bakı Olimpiya stadionunda qəbul edəcək. Stadium.az xəbər verir ki, hər iki qarşılaşma seçmə tsiklin sonlarına məhz bu məqsədlə təyin edilib.  

Paytaxtın Böyük Şor qəsəbəsində inşa olunan Olimpiya stadionunun 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub. 65 min tamaşaçı tutumu olan arenada gələn il iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi nəzərdə tutulub. Oyunların ardından stadion futbol matçlarını qəbul etməyə hazır olacaq. Avropa çempionatının seçmə mərhələsində H qrupunun təqviminə əsasən, millimiz Xorvatiyanı 2015-ci il sentyabrın 3-də, İtaliyanı isə gələn il oktyabrın 10-da qəbul etməlidir. Hər iki rəqib qrupun favoritləri sayılır.

Digər tərəfdən, həm İtaliya, həm də Xorvatiya Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatına vəsiqə qazanıb. Bu komandalara, xüsusən, 4 qat dünya çempionlarına ölkəmizdə böyük maraq var. Təsadüfi deyil ki, 2002-ci il sentyabrın 7-də Bakıda keçirilmiş Azərbaycan – İtaliya matçı zamanı 30 min tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olub. AFFA rəhbərliyi “Skuadra Adzurra” ilə növbəti ev oyununa daha çox azarkeşin gələcəyini nəzərə alaraq, görüşü nəhəng arenada keçirməyi qərara alıb. H qrupundakı digər rəqiblərə gəldikdə, yığmamız Bolqarıstanı bu il sentyabrın 9-da, Norveçi noyabrın 16-da, Maltanı isə gələn il martın 28-də qəbul etməlidir. Bu oyunlardan ilk 2-nin Respublika stadionunda, sonuncusunun isə “Bakcell Arena”da baş tutacağı gözlənilir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə bildirib ki, hələ heç bir oyunun keçiriləcəyi stadion müəyyənləşməyib. Nərimanoğlunun sözlərinə görə, təqvimi UEFA müəyyənləşdirib: “Millimizin son 2 ev oyununu İtaliya və Xorvatiyaya qarşı keçirməsinə dair qərar AFFA-nın istəyi ilə verilməyib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail