Son 10 ildə 7-ci dəfə

24.02.2014 | 5218 dəfə oxunub

Topaz Premyer Liqasının 23-cü turu heç-heçələrin çoxluğu ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, bBaş tutan 5 qarşılaşmadan dördündə bərabərlik qeydə alınıb. Yalnız “Sumqayıt”la “Neftçi”nin matçında 2 cavabsız qol vuran meydan sahibləri qalib gəlib.

Cari mövsümdə ikinci dəfə eyni turda 4 heç-heçə qeydə alınıb. “Neftçi”nin “Bakı”nı 2:1 hesabı ilə məğlub etdiyi 13-cü turda da 1 qarşılaşmada meydan sahibləri üstün olmuş, 4 görüşdə “sülh” qeydə alınmışdı.

2004-2014-cü illərə təsadüf edən son 10 mövsümdə isə 7 dəfə turda yalnız bir matçda qalib müəyyənləşib, digərləri bərabərliklə nəticələnib. 2005/06 mövsümündə 11-ci, 2009/10 mövsümündə 21-ci, 25-ci və 29-cu, 2012/13 mövsümündə isə ilk turda yalnız 1 komanda 3 xal əldə etmişdi. İlk belə hadisə zamanı 7, növbəti 3 halda 6, son 3 heç-heçəli turda isə 5 görüş keçirilib.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail