"Heç bir komanda Bakıdan rahat xal apara bilməyəcək" MÜSAHİBƏ
Milli komandamızın dəfələrlə formasını geyinmiş, hazırda isə "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən Samir Əliyev Stadium.az-a müsahibə verib.
- Samir,
AÇ-2016-da yer aldığımız qrupdaki vəziyyətimiz necə olacaq?
- Rəqiblərin
hamısı güclüdü. Favoritlərsə təbii ki, İtaliya və Xorvatiyadı. Fikrimcə asan
qrupa düşməmişik.
- İtaliya
və Xorvatiyanın ilk iki yeri tutacağı inandırıcıdı. Mütəxəssislərimiz düşünürlər
ki, üçüncü yer uğrunda Norveç, Bolqarıstan və Malta ilə mübarizə aparmaq olar.
Sən necə fikirləşirsən?
- Bolqarıstan
və Norveç də kifayət qədər güclüdü. Onlarla mübarizə aparmaq üçün gərək kifayət
qədər hazırlıqlı olasan. Mümkünsüz heç nə yoxdu.
- Bəs
Malta haqda hansı fikirdəsən?
- Malta
son pillədə olmamaq üçün vuruşacaq. Amma düşünürəm ki, heç bir komanda Bakıdan
rahat xal apara bilməyəcək.
- Nəyə
əsaslanıb belə deyirsən?
- İtaliya
və Xorvatiyanın səviyyəsi göz qabağındadı. Götürək xorvatları, oyunçuları “Real”və
“Bavariya” kimi klublarda oynayır. Norveç və Bolqarıstan milliləri də onlardan
geri qalmır. Hər halda yaşayarıq, görərik hər şeyi.
- Bakıda
millimizin bu qədər inamlı oynayacağına bu qədər inanırsan?
- Əlbəttə
ki, bu gün millimizin qarşısında duran üçüncü yer vəzifəsi bir az çətin məsələdi.
Amma unutmayaq ki, ən azından Türkiyə və Rusiya milliləri Bakıdan demək olar
ki, əliboş dönüblər. İsrail və Finlandiya kimi rəqiblərdən danışmıram. Güclü
komandalar da Bakıda büdrəyib. Məncə, bunu təkrarlaya bilərik.
- Yəqin
ki, İtaliya ilə Bakıda keçiriləcək görüşdə anşlaq olacaq. 2002-ci ildə Bakıda
keçirilən Azərbaycan-İtaliya matçında sən də iştirak edirdin. Çox yaxşı
oynamışdıq. Amma sonda qalib gələn tərəf italyanlar idi. Necə xatırlayırsan həmin
oyunu?
- Təbii
ki, xatırlayıram. Həmin matçda yaxşı oynamışdıq. Maraqlı da oyun alınmışdı.
İtaliya yığmasının son illərdə qızıl heyəti idi. Hansıki Avropa Çempionu da
oldular. Çox güclü İtaliya qarşısında oynamışdıq. Amma uduzduq sonda. Məğlub
olmağımıza baxmayaraq oyundan sonra azarkeşlər bizi alqışlayırdı.
- Səncə,
indiki millimizdən İtaliya qarşısında sürpriz nəticə gözləmək olar?
- Əlbəttə
ki, bu çətin məsələdi. Ancaq mümkünsüz heç nə yoxdu. Futbol elə sürprizlərlə
dolu olduğuna görə, maraqlı oyundu.
- Düzdü, futbol kağız üzərində oynanılmır. Amma hər halda necə düşünürsən, millimiz qrupu neçənci pillədə başa vurar?
- Beşinci
pillədə. Çalışıb bütün komandalardan xal götürməliyik. Ancaq bunlar kağız üzərindədi.
Çalışıb daha yaxşı nəticə vermək lazımdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |