Birinci divizion klubuna ağır cəza

25.02.2014 | 4082 dəfə oxunub

AFFA İntizam Komitəsi I dəstənin XVIII turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. Stadium.az xəbər verir ki, “Şahdağ” – “Mil-Muğan” görüşündə İmişli təmsilçisinin kapitanı Samir Babayev özünü yaxşı aparmayıb. O, 42-ci dəqiqədə hakimi nalayiq ifadələrdə təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona görə də Babayev 4 oyunluq cəzalandırılıb, klubunu isə 400 manat xərcə salıb.

“Bakılı” – “Lokomotiv” oyununun baş hakimi olan Anar Salmanov əvvəlcə 82-ci dəqiqədə Salman Altuxanovu 2-ci sarı vərəqə göstərərək meydandan qovub. O 8 dəqiqə sonra “dəmiryolçular”ın daha bir futbolçusunu qovub. Səbayıl Bağırov onu təhqir etdiyinə görə birbaşa “qırmızı” alıb. Altuxanov 1, Bağırov isə 4 oyunluq cəzalandırılıb. “Lokomotiv” isə ümumilikdə futbolçularına görə 420 manat ödəməlidir. Bakıda keçirilən “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Paytaxt klubu 400 manat cərimə ödəməyə məhkum edilib. Turun mərkəzi qarşılaşması olan “Ağsu” – “Araz Naxçıvan” matçı da qayda pozuntusu ilə əlamətdar olub. Görüşün 90+3-cü dəqiqəsində Naxçıvan klubunun futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun cəzası 3 oyunluq olub, klubu isə AFFA-nın xəzinəsinə 200 manat ödəniş etməlidir. “Ağsu” da cəzasız qalmayıb. Bundan 1 dəqiqə əvvəl meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi olan klub 500 manat cərimələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail