Bolqarıstan millisinin üzvü millimizdən danışdı

27.02.2014 | 2186 dəfə oxunub

“İtaliya və Malta yığmalarını yaxşı tanıyırıq. Onlarla ötən seçmə mərhələdə də eyni qrupda mübarizə aparmışdıq”. Stadium.az xəbər verir ki, bu sözləri Bolqarıstan milli komandasının futbolçusu Stanislav Manolev deyib. 29 yaşlı sağ cinah müdafiəçisi AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Manolev Azərbaycan yığmasının da yer aldığı H qrupunda ilk 3 yerdən birinə iddialı olduqlarını açıqlayıb: “Ümumilikdə çox çətin qrupa düşmüşük. Xorvatiya da əla heyətə malikdir. Çox çətin olacaq. Lakin əvvəlki seçmə mərhələlərdə yaxşı nəticələr göstərmişik. Bu dəfə həmin nəticələri daha da yaxşılaşdırmağa çalışacağıq. Final mərhələsinə vəsiqə qazanmaq iddiasındayıq. İtaliya və Xorvatiya qrupun favoritləridir. Lakin onlara da qalib gələ bilərik. Əminəm ki, Fransaya vəsiqə uğrunda mübarizə aparmaq gücündəyik”. Qeyd edək ki, Azərbaycan və Bolqarıstanla yanaşı, İtaliya, Norveç, Xorvatiya və Malta milliləri də h qrupunda mübarizə aparacaq.



  #1   Adınız: Vetendash;   E-mail: ---

27.02.2014 14:37

ne danishib Azerbaycan haqda hech gormedik

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail