"Neftçi"də psixoloji durumun yaxşı olmaması, "Qarabağ"ın xeyrinədi" TURA ŞƏRH

28.02.2014 | 3993 dəfə oxunub

Hər tur saytımızda ekspert kimi fikirlərini bildirən Samir Musayev bu dəfə Premyer Liqanın XXIV turu ilə bağlı düşüncələrini bizimlə bölüşdü. "Qarabağ"ın məşqçisi olan Musayevin fikirləri maraqlı alındı.


"Baki-Sumqayıt"

"Sumqayıt"ın "Bakı"dan xal alacağı inandırıcı görsənmir"

"Bakı"nın son oyunda xal itirməsinə baxmayaraq hazırda pik vəziyyətdədi. İnanmıram ki, bu oyunda xal itirsin. Çünki "Bakı" son oyunlarda baxımlı və sürətli oyun nümayiş etdirir. Çempionluq yarışında "Qarabağ"ın ən real rəqibi "Bakı"dı. "Sumqayıt" da "Neftçi"yə qarşı yaxşı oynadı. Amma "Bakı"dan xal alacağı inandırıcı görsənmir".


"Rəvan" - AZAL

"Maraqsız oyun olacaq" 

"Turun adi oyunu olacaq. Heç bir komandanın ideası da yoxdu. Ona görə maraqsız oyun olacaq. "Rəvan" son pilləni tərk etmək üçün oynayacaq".


"Xəzər Lənkəran" - "İnter"

"İnter" çempionluq yarışından geri qalmamaq üçün "Xəzər Lənkəran"a qalib gəlməlidi"

"Maraqlı oyun alınacaq. İki əncəbi məşqçinin dueli də söyləmək olar. "İnter" çempionluq yarışından geri qalmamaq üçün "Xəzər Lənkəran"a qalib gəlməlidi. "Xəzər Lənkəran" isə öz azarkeşləri üçün oynayacaq. Mən deyərdim ki, iki savadlı, özlərinə məxsus oyun üslubu olan, Azərbaycan futboluna yeni birşeylər gətirmiş əcnəbi məşqçilərin duel oyunudu bu".

"Neftçi" - "Qarabağ"
 
"Qarabağ" xal itirməyəcək" 

"Turun mərkəzi oyunudu. Hər iki komanda bu matça son dərəcədə diqqətli hazırlaşıblar. Bu oyunda qazanılacaq qələbə "Qarabağ"a çempionluq yarışında qızıla bərabər xalı olacaq. Çətin və bir o qədər də maraqlı oyun olacağını düşünürəm. "Neftçi" ardıcıl 5 oyundu ki xal itirir. Bu psixoloji vəziyyət "Qarabağ"ın xeyrinədi. Ona görə "Qarabağ" bundan maksimum istifadə etməlidi. "Neftçi" bu vəziyyətdən çıxmaq üçün əlindən gələni edəcək. Məncə, "Qarabağ" xal itirməyəcək".

"Simurq"- "Qəbələ"

"Qəbələ" daxili problemlərini həll edə bilsə..." 

"Simurq" lider komandalardan xal almaq üçün oynayır. Bu fikrimi ötən dəfə də demişdim. "Qəbələ" daxili problemlərini həll edə bilsə, bu matçda rahat qalib gələcək. Çempionluq yarışından qırılmamaq üçün, bu görüşlər tramplin xarakteri daşıyır. Bəlkə də "Qəbələ" üçün ən ağır oyun elə "Simurq"a qarşı oldu. Hər halda bizi maraqlı və gərgin mübarizə gözləyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail