Reynaldo Sxadadzenin nəticəsini təkrarladı

03.03.2014 | 3826 dəfə oxunub

Topaz Premyer Liqasında mövsümün 2-ci het-triki qeydə alınıb. Stadium.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Reynaldo Silva “Neftçi” ilə görüşdə 3 qol vurmaqla 24-cü turun qəhrəmanı olub. Braziliyalı yarımmüdafiəçi 4:1 hesablı səfər qələbəsinin əsas səbəbkarlarından birinə çevrilib. Cənubi amerikalıyadək cari mövsümdə yalnız 1 dəfə het-trik qeydə alınmışdı. 4-cü turun “Rəvan”la səfər görüşündə Baçana Sxadadze vurduğu 3 qolla “İnter”in 5:1 hesablı qələbəsinə töhfə vermişdi. 2013-cü il avqustun 25-də baş tutan həmin görüşdən sonra 1 oyunda 3 qol vuran olmamışdı. Reynaldo həm də Azərbaycan çempionatlarında het-trik müəllifi olan 3-cü braziliyalı oldu. Bunadək Premyer Liqada bu ölkədən olan futbolçuların 3 belə uğuru qeydə alınmışdı. “Olimpik”də çıxış edən Leandro Qomeş 2009-cu il martın 7-də “Bakılı”nı 3 dəfə məyus etmişdi. Azərbaycan çempionatında 2 het-trik edən yeganə braziliyalı isə 2005/06 mövsümündə “Turan” azarkeşlərini sevindirən Junivan Suares olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail