"Neftçi" üçün uğursuz mövsüm

03.03.2014 | 3813 dəfə oxunub

Topaz Premyer Liqasının 24-cü turu Azərbaycanın ən titullu klubu “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, paytaxt təmsilçisi öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə yenilib.
Bu məğlubiyyət “ağ-qaralar”ın ölkə çempionatları tarixində 3 və ya daha çox top fərqi ilə uduzduğu 6-cı qarşılaşmadır. 1992-ci ildən ölkə çempionatının daimi iştirakçısı üçün bu dəfə məğlubiyyət fərqli olub.
Belə ki, əvvəlki 5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət alıb.
Bundan başqa, indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan “Neftçi” bu dəfə belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl “Bakı” həmşəhərlilərini 3 cavabsız qola üstələmişdi.
“Qarabağ” isə “Neftçi” üzərində 2 böyükhesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.

“Neftçi”nin Azərbaycan çempionatlarındakı böyükhesablı məğlubiyyətləri:
03.07.1992
Xəzər (Sumqayıt) - Neftçi (Bakı)
3:0
20.10.2007
Bakı - Neftçi (Bakı)
5:1
13.05.2011
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
3:0
11.03.2012
Qəbələ - Neftçi (Bakı)
4:1
31.08.2013
Bakı - Neftçi (Bakı)
3:0
28.02.2014
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
1:4



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail