Rəqibimizin çalışdırıcısı millimiz haqda nə dedi?

05.03.2014 | 3802 dəfə oxunub

Gənclərdən ibarət Moldova yığmasının baş məşqçisi Aleksandr Kurteyan Tiraspolda Azərbaycan yığmasına qarşı baş tutacaq yoldaşlıq görüşünə ümidləri haqda fikirlərini bölüşüb. Stadium.az Kurteyanın fikirlərini diqqətinizə çatdırır: “Azərbaycanın yığmasının ağıllı, texnikalı və fiziki cəhətdən güclü futbolçuları var. Bizim üçün bu oyun rəsmi oyunlara əsas hazırlıq məşqidir. Son illər alman mütəxəssislərin Azərbaycanda futbolun inkişafında əli var. Ona görə də onların belə yaxşı və layiqli komandası var”, deyə mütəxəssis sözə başlayıb.
Onun sözlərinə görə, bu oyun, onun komandasının təsnifat mərhələsində necə oynayacağını müəyyən edəcək: “Bu oyunda biz istər müdafiə, istərsə də hücumda inamlı oynamağa çalışacağıq. Bu oyunda Litva, İngiltərə və digər rəqiblərlə rəsmi oyunlarda necə oynayacağımızı anlamalıyıq”.
Baş məşqçi komandasının heyətində itkilər olmadığını diqqətə çatdırıb: “Azərbaycan yığmasına qarşı oyuna hamı sağlam və yaxşı əhvalda yanaşır. Əminəm ki, bizi maraqlı oyun gözləyir”. Kurteyan bildirib ki, yetirmələri qələbəyə oynayacaq: İstənilən oyunda bizim məqsədimiz qələbə qazanmaqdır. Yoldaşlıq və ya rəsmi oyun olmasından asılı olmayaraq. Mənim üçün hər oyunu rəqibə qalib gəlmək üçün daha bir imkandır. Meydana başqa cür çıxmaq olmaz. Biz uşaqları qalib gəlməyə öyrənmələri üçün tərbiyə edirik”. “Yoxlama və baxış vaxtı artıq geridə qaldı. Bu vaxt məndə Sankt-Peterburqda Birlik Kubokunda vardı. Bir daha təkrar edirəm. Azərbaycan yığması ilə oyun, mənim üçün rəsmi oyunlara əsas hazırlıq məşqidir. Yeni oyunçulara baxış keçirməyə artıq vaxtım yoxdur. İndi bizim üçün komandanı qarşıda bizi gözləyən daha vacib oyunlara alışdırmaq daha vacibdir, deyə Kurteyan fikrini tamamlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail