Hafiz Məmmədovla "Atletiko" rəhbərliyi arasında növbəti görüş keçirilib

05.03.2014 | 3883 dəfə oxunub

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töhfə tədricən öz bəhrəsini verməkdədir. Stadium.az xəbər verir ki, hazırda Hafiz bəyin himayədarlığı ilə Madrid “Atletiko”su və “Lans” öz oyunlarına üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılmış formalarla çıxır.
Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq, bu günlərdə İspaniyada Madrid “Atletiko"sunun prezidenti Enriko Serezo və “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq fikirlərini bölüşüb: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan - İspaniya ticarət palatası da təsis olunub. Bu günlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə öldürülən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, Hafiz Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm”. 

Görüşün sonunda Enriko Serezo Hafiz bəyə öz hədiyyələrini təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail