Ramin Musayev Mais Mənsimov barədə dediklərin təkzib etdi - QALMAQAL

06.03.2014 | 4808 dəfə oxunub

Bir müddət əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mətbuata verdiyi açıqlama ilə geniş müzakirələrə yol açmışdı. Stadium.az xəbər verir ki, PFL prezidenti, Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarına təyinat almamasına münasibət bildirərkən vurğulamışdı ki, bu addımı cənub klubunun prezidenti Mais Mənsimovun xahişi ilə atıblar: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir. 

Amma PFL rəhbəri kimi ixtiyarım var ki, onlardan hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”.

Xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əvvəl dediklərini danıb. Daha doğrusu, Musayev Mais Mənsimovun ondan belə bir xahiş etmədiyini bildirb.

PFL prezidenti “Futbol+” qəzetinə verdiyi müsahibədə mətbuata yalan informasiya verdiyini, Mais Mənisomva böhtan atdığını etiraf edib: “Bunu elə-belə söyləmişdim. Xahiş edirəm, bunun üstünə bu qədər də getməyin.

Heç bir klub bizdən belə xahiş edə bilməz. Məgər mən hansısa kluba deyirəm ki, 300-400 minə aldığın futbolçunu niyə oynatmırsan? Bu, onların daxili işidi. Biz də həmişə çalışırıq ki, təşkil etdiyimiz çempionatda əlavə söz-söhbət yaranmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail