"Bu yerə gəlib çatmağım heç də asan başa gəlməyib"

06.03.2014 | 3959 dəfə oxunub

Dünən Filippin yığması ilə oyunda millimizdə debüt edən və qələbə qolunu vuran “Neftçi”nin Elvin Yunuszadə klubun rəsmi saytına müsahibə verib. 

 
- Milli komandaya dəvət olunmağını necə qarşıladın?

- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Buna nail olmaq üçün oynadığın klubda özünü göstərməlisən. “Neftçi”də gənc yerli futbolçulara həmişə şans verilib. Biz də çalışmışıq ki, etimadı doğruldaq. Komandada məndən başqa bir neçə gənc futbolçu var ki, mütəmadi olaraq U-21 yığmasına çağırılır. Fikrimcə, onlar öz üzərində çalışsalar yaxın gələcəkdə əsas milliyə dəvət ala bilərlər.

- Səncə, yığma komandaya cəlb olunmağında əsas rolu nə oynadı?

- "Neftçi" ardıcıl üç mövsüm Azərbaycan çempionu oldu. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində oynadıq. Məşqçilər heyətinə minnətdarlığımı bildirirəm ki, mənə bu oyunlarda güvəndilər və şans verdilər. “İnter”, “Partizan”, “Rubin” kimi rəqiblərlə oyunda topladığımız təcrübələrin faydasını sonrakı qarşılaşmalarda gördük. Təbii ki, ölkə çempionatı da çox maraqlı və gərgin keçir. Milli komandanın məşqçiləri də Premyer Liqa oyunlarını izləyirlər.Yığmamızın baş məşqçisi Berti Foqtsa təşəkkür edirəm ki, mənə güvənib. Çalışacağam ki, özümü ən yaxşı tərəfdən göstərim.

- Filippinlə oyunda start heyətində meydana çıxacağını gözləyirdin?

- Hazırlığın ilk günündən çalışırdım ki, milli komandanın baş məqşçisi Betri Foqtsun bütün tapşırıqlarını yerinə yetirim. O da bunu qiymətləndirdi və start heyətində meydana çıxdım. Yoldaşlıq oyunu olmasına baxmayaraq, milli komandanın forması ilə meydana çıxdığım ilk matçda qələbə qazandıq. Müdafiəçi olsam da, debüt oyunumda qələbə qolunu vurduğuma görə ikiqat sevincliyəm. Amma bu yerə gəlib çatmağım heç də asan başa gəlməyib. Futbolçu kimi yetişməyimdə klub rəhbərliyi, məşqçilər heyəti və futbolçu yoldaşlarımın böyük əməyi var və buna görə onlara öz təşəkkürümü bildirirəm. Gənc olmağıma baxmayaraq, qətiyyən arxayınlaşmıram və inanıram ki, milli komandaya gələcək oyunlarda da faydalı olacağam.

- Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərimiz barədə nə deyə bilərsən?

- Fikrimcə, daha asan rəqiblərlə düşə bilərdik. Amma bu rəqiblərlə də başa-baş mübarizə aparmağa çalışmalıyıq. Qrupun favoriti təbii ki, İtaliya yığmasıdı. Xorvatiya, Norveç və Bolqarıstan komandaları ilə oyunlarda xal qazanmaq mümkündür. Maltanı isə hər iki matçda məğlub etmək olar. Amma futbolda proqnozlar özünü heç də həmişə doğrultmur. Sadəcə bacardıqca daha çox xal toplamalıyıq. Biz gənclər üçün belə rəqiblərlə görüşlər əlavə stimuldur və bu oyunlarda ikiqat səy göstərərək nəticə qazanmaqla yanaşı, Avropa klublarının diqqət mərkəzinə düşə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail