AFFA İcraiyyə Komitəsinin çıxardığı bütün qərarlar

07.03.2014 | 3608 dəfə oxunub

Bu gün Hilton otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Topaz Premyer Liqasının 2014-15-ci il mövsümündən limit 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunsun. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır;
2. 2014-15-ci il mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdır;
3. Lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun;
4. Respublika ərazisində təşkil olunan bütün futbol oyunları AFFA tərəfindən təsdiq olunduqdan sonra keçirilməlidir;
5. Auto Azerbaijan şirkətinin maliyyə direktoru Ziya Babayev Apellyasiya və Ekspert Komissiyasının üzvü seçilsin;
6. Klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılsın və onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunsun;
7. AFFA-nın 2008-ci ildən balansında olan Göyçay şəhər stadionu rayon icra hakimiyyətinin müraciətinə əsasən Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verilsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail