AFFA İcraiyyə Komitəsinin iclası - FOTOREPORTAJ

07.03.2014 | 4801 dəfə oxunub

AFFA qurumun bu gün keçirilən İcraiyyə Komitəsinin növbəti iclası ilə bağlı rəsmi açıqlama yayıb. Stadium.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra  Topaz Premyer Liqasının 2014-15-ci il mövsümündən limitin 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunması qərara alınıb. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır.

Digər qərara əsasən, 2014-15-ci il mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdır.

AFFA İcraiyyə Komitəsi qərara alıb ki, lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun.

Digər qərara görə, respublika ərazisində təşkil olunan bütün futbol oyunları AFFA tərəfindən təsdiq edildikdən sonra keçirilməlidir.

“Auto Azerbaijan” şirkətinin maliyyə direktoru Ziya Babayev Apellyasiya və Ekspert Komissiyasının üzvü seçilib.

Digər qərara görə, klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılacaq, onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunacaq.

Həmçinin AFFA-nın 2008-ci ildən balansında olan Göyçay şəhər stadionu rayon icra hakimiyyətinin müraciətinə əsasən Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verilib.























Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail