"Rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı"

09.03.2014 | 4062 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Stadium.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: “Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdır. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir. Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”di. “Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram, müdafiəçilərimiz çox yaxşı oynadı.

3 gün sonra “İnter”lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və ya ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin keçir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail