"Rəvan" topu necə gəldi qabağa vursa da, bizə qalib gəldi" MÜSAHİBƏ

09.03.2014 | 4386 dəfə oxunub

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev müsahibə verib.

 

- Elnur, "Rəvan" məğlubiyyətinə deməyə sözün var?

- Nə deyim qardaş? Həmişəki adətimizə qayıtdıq. Hamı da gördü ki, bir qapıya oyun gedirdi. "Rəvan" heç öz sahəsindən çıxa bilmirdi. Meydanda bir dənə "Xəzər Lənkəran" var idi. Amma qələbə qazanan "Rəvan" oldu. Bu da qəribədi. Hər halda onları təbrik etmək lazımdı. Qələbə münasibətilə təbrik edirəm "Rəvan"ı.

- Oyunboyu çoxlu sayda qol imkanlarını əldən verdiz. Özünüzə güvən yox idi deyə, vura bilmirdiz?

- Yox, ondan deyil. Hələ ötən mövsüm də "Rəvan"la oyunda 21 qol imkanımız olmuşdu. Amma hesab 1:1 qutardı. Sanki həmin oyunun təkrarı oldu.

- Yaxşı bəs məğlubiyyətə əsas səbəb nədi?

- Müdafiənin kobud səhvlərindən sonra belə oldu. Həm özümüz qol vurduq, həm də onlara qol vurmağa şərait yaratdıq. Bu yaxşı hal deyil. 

- Yəqin ki, belə davam etməz...

- Əlbəttə ki, bu cür olmamalıdı. Bizim əsas ümidimiz.

- "Qarabağ"a qalib gələndə, çoxları düşünürdü ki, artıq "Xəzər"də işlər qaydasna düşüb. Amma "Rəvan"a məğlubiyyətdə göstərdi ki, hər şey qaydasında deyil...

- Biz yaxşı oynayırıq. "Rəvan"a qarşı da əla oynadıq. Nə qədər desəz, qol imkanlarımız var idi. Amma yararlana bilmədik. Son matçlarda necə xallar itirdiyimizi hamı görüb. Bəxtimiz də gətirmir. 

- Bəlkə oyuna arxayın çıxmışdız...

- Vallah arxayın çıxmamışdıq."Rəvan"dan iki baş üstün oynadıq.

- Mustafa Dənizli nə dedi?

- Nə deyəcək? Tənqid edəcək də qardaş. Müdafiənin kobud səhvləri oldu. 30 yaşlı oyunçu o cür səhv etməməlidi. Ayıbdı e. Heç rəqib futbolda oynamırdı. Topu ancaq necə gəldi qabağa vururdular. Sadəcə bu gün onların qismətində imiş, qələbə qazanmaq.

- Qarşıda ölkə kuboku oyunu var. Hansı fikirdəsən?

- İnşallah həmin oyunda yaxşı olacaq. 

- Bu cür oyunla yaxşı olacağı çətin görünmür ki?

- Səhvlər olmasa, yaxşı olacaq. Yoxsa, bizim səhvlərimizin axırı necə olacaq, bilmirəm. Yəqin ba. məşqçimiz nəsə fikirləşər. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail