"Fənərbaxça"nın sabiq üzvü Azərbaycanda oynayacaq?

10.03.2014 | 5281 dəfə oxunub

“Fənərbaxça”ya transfer olmamışdan əvvəl “Ankaragücü”də qalmağımı istəyən çox adam vardı. Onlara qulaq asmadım”. Stadium.az xəbər verir ki, bunu “Fənərbaxça”nın sabiq futbolçusu Gökhan Əmrəciksin deyib.

29 yaşlı futbolçu “Ankaragücü”də oynadığı vaxt Türkiyənin 4 böyük klubunun diqqətini cəlb edə bilmişdi. 2008/09 mövsümünün qış fasiləsində “Fənərbaxça”ya transfer olunan Əmrəciksin öz səhvindən ordan ayrıldığını bildirib: “İstanbula böyük həvəs və həyəcanla getmişdim. Amma gedəndə böyük çaşqınlıq yaşadım. Gənclikdən doğan canlılıqla bəzi səhvlər etdim. Bu səhvlər sadəcə gecə həyatı və gəzmələrdən ibarət deyil. Sonra səhv qərar daha verdim. Aziz Başkan da daxil olmaqla, kimsə mənə “get” demədiyi halda, “oynamadığım komandada qalmaq istəmərəm” dedim. Erkən ruhdan düşdüm. Təbii ki, sonrası peşmanlıq və üzüntü idi. Amma iş işdən keçmişdi artıq”.

Əmrəciksin iyunun 16-da I dəstə təmsilçisi “Boluspor”la 1 illik müqavilə bağlasa da, qış fasiləsində bu komandadan ayrılıb və hazırda gələn təklifləri dəyərləndirir. Onun sözlərinə görə, ölkəmizdən də təklif var: “Fənərbaxça”dan ayrılıb bir neçə komandada oynadıqdan sonra ən başa döndüm. Bu mövsüm futbola başladığım klub olan “Boluspor”la anlaşdım. Təbii ki, bu durum adamın əhvalına çox pis təsir edir. Amma ümidimi itirməmişəm. Qətər və ya Azərbaycandan gələn bəzi təkliflər var. Onları dəyərləndirirəm”. Qeyd edək ki, Gökhan “Boluspor”, “Ankaragücü”, “Fənərbaxça”dan başqa, Türkiyədə “Bandırmaspor”, “Kayserispor”, “Manisaspor”, “Konyaspor”, “Elazığspor” və “Göztəpə” klublarında çıxış edib. (apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail