"Bizə göstəriş verilməyib, sadəcə...." AÇIQLAMA

10.03.2014 | 3567 dəfə oxunub

Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” - “Qarabağ” matçında kobud səhvlərə yol vermiş hakimlər briqadası barədə tədbir görüləcək. Stadium.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Məmmədov bildirib ki, Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasının işinə komitədə baxılacaq. Lakin o, cəza müddətini açıqlamayıb: “Tədbir görüləcək. Bu, birmənalıdı. Hakimlər Komitəsinin nizam-intizam kodeksi var. Hakim səhvlərinə həmin kodeksdəki maddələrə uyğun hüquqi qiymət verilir. Oyunun nəticəsinə təsir edən səhvə daha ağır, qırmızı vərəqə göstərməyibsə, nisbətən yüngül cəza verilir. Yəni, buraxılan səhvlərin kateqoriyalarına uyğun cəzalar verilir. Ona görə də kodeksdə nə göstərilibsə, o cəza da veriləcək. Heç bir hakim cəzadan yan keçmir. Kimin səhvi varsa, o, mütləq cəzalandırılır”. 
 
AFFA İntizam Komitəsinin martın 4-də çıxardığı qərarda göstərilib ki, “Neftçi”nin futbolçusu Araz Abdullayevə “Qarabağ”la matçın 62-ci dəqiqəsində verilmiş qırmızı vərəqə ləğv olunsun, Hakimlər Komitəsi isə Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası barədə lazımi ölçü götürərək, İntizam Komitəsini məlumatlandırsın. Məmmədov bunun göstəriş kimi dəyərləndirilməsi ilə razılaşmayıb: “Bizə göstəriş verilməyib, sadəcə, diqqətimizə çatdırılıb ki, Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadasının işinə baxılsın. İntizam Komitəsi hakimliyin işinə qərar verə bilməz. Hakimlər Komitəsinə müraciət edib ki, bu oyundakı idarəçiliyə qiymət verilsin.
 
Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi oyunda hakimlər briqadası bir neçə kobud səhvə yol verib. Araz Abdullayevə göstərilmiş qırmızı vərəqə “Neftçi”nin narazılığından sonra ləğv edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail