AFFA klubları cəzalandırdı

11.03.2014 | 3576 dəfə oxunub

Bu AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.  XXII Topaz Premyer Liqasının XXV turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 7  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.XXII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Neftçi” matçının 1, 36, 38, 63-cü  dəqiqələrində “Qəbələ” klubunun  azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün kluba 5000 manat cəza kəsilib.

XXII Topaz Premyer Liqasının  XXV turunun AZAL – “Simurq” matçında AZAL klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun 83-cü dəqiqəsində AZAL klubunun 3 nömrəli futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, kluba 2000 manat cərimə tətbiq edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail