"Monako" Bakıya gələcək? HAFİZ MƏMMƏDOV AÇIQLADI

11.03.2014 | 5345 dəfə oxunub

“Baghlan Qrup”un prezidenti, məşhur iş adamı, “Lans” klubunun sahibi Hafiz Məmmədov Fransa kubokunun 1/4 finalının oyununu Bakıda keçirmək istəməsi barədə xəbər yayılmışdı. Stadium.az xəbər verir ki, «Lans» klubu Fransa kubokunun 1/8 finalında bu ölkənin ən titullu klublarından olan «Lion»a qalib gələrək, 1/4 finala vəsiqə qazanmışdı. Bu mərhələdə isə «Lans»ın rəqibi «Monako»dur. Yayılan xəbərlərdə bildirilirdi ki, Hafiz Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var. Tərəflər bir neçə gün əvvəl isə “Hotel de Paris” otelində görüşmüşdü. Yazılanlara inansaq, Hafiz müəllim Albertlə dostluq əlaqələrindən yararlanaraq “Lans”la “Monako”nun oyununu Bakıya salmaq istəməsi barədə xəbərlər deyilirdi. Məsələyə tam aydınlıq gətirmək üçün Hafiz Məmmədovun özündən buna aydınlıq gətirməsini istədik: “Bu xəbərin haradan ortaya atılmasını bilmirəm, amma belə söhbət olmayıb. Frans kubokunda oyunlar bir mərhələdən ibarətdir. Əgər yüksək liqada mübarizə aparan klubun rəqibi aşağı dəstə təmsilçisi olarsa, o zaman meydan sahibi də əsas çempionatda çıxış edən komanda olur. Buna görə də, “Lans” Fransa Kubokunun ¼ final mərhələsəindəki oyununu öz yox, “Monako”nun meydanında oynayacaq. Yəni “Monako”nun Bakıya gələcəyiylə bağlı xəbərlər həqiqəti əks etdirmir. İndi biz bu yöndə işlər aparırıq. “Lans”ın prezidenti Jerve Martel də də bildirdi ki, Lansdan Monakoya çoxlu sayda azarkeşimiz gələcək. Bu da ya qatar, ya da avtobusla təmin olunacaq. Azərbaycandan da oyuna getmək istəyənlər olarsa, məmnuniyyətlə aparacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail