"Qəbələ" "Lion"la əməkdaşlığa başlayır RƏSMİ

11.03.2014 | 3636 dəfə oxunub

“Qəbələ”  Futbol  Akademiyasının məşqçi  heyəti nəzəri  və praktiki  biliklərinin  artırılması məqsədilə daha  bir  işgüzar  səfərə çıxacaqlar. Stadium.az xəbər verir ki, klub akademiyasının  nümayəndə heyəti martın 12-dən 17-dək  Fransanın  “Lion”  klubunun qonağı  olacaq. Nümayəndə heyətinin  tərkibinə  “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı  direktoru  Stenli  Brard  və  onun müavini Nail  Kərimov,  eləcə  də,  akademiyanın  yuxarı  yaş  qruplarında  çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov  (U-14) daxil ediliblər. Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar.

Səfər  proqramı  “Qəbələ” məşqçilərinin  işgüzar  gəzintisinin maraqlı  və faydalı olacağını vəd edir. Belə ki, nümayəndələrimiz səfər zamanı Lion klubunun  futbol akademiyasının  fəaliyyəti  ilə  tanış olacaq, müxtəlif yaş qruplarının  məşqlərini  izləyəcək  və  yerli  mütəxəssislərlə  təcrübə  mübadiləsi aparacaqlar. Bundan  başqa, klub nümayəndələri Fransa  klubunun  əsas  komandasının 2 matçını canlı izləyəcəklər. Onlar Fransa çempionatının “Lion” - “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” - “Viktoriya” (Plzen, Çexiya) matçına yerli arenada tamaşa edəcəklər.
 
Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı  5  klub  sırasındadır.  “Lion”nun  futbol  akademiyası  Avropa  ölkələrinə peşəkar  futbolçu  ixracına  görə  “Barselona”dan  sonra  ikinci  sıradadır. Dəfələrlə  Fransa  çempionatının  qalibi  olmuş  və  ölkə  kubokunu  qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasının yetirmələrindən təşkil olunub. Bu  baxımdan,  Avropanın  ən  öncül  akademiyasında  olmaq,  burada görülən  işlərlə yaxından  tanış olmaq “Qəbələ”li mütəxəssislər üçün çox  faydalı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail